EMUI 9.1 istifadəçi interfeysini hansı Huawei cihazları əldə edəcəklər?

22.04.2019 0 PAYLAŞIM 161 OXUNMA

    Huawei şirkəti özünün EMUI adlı istifadəçi interfeysinin yeni versiyasının yayılması barəsində planlarını açıqlayıb. Qeyd etmək lazımdır ki, EMUI 9.1 istifadəçi interfeysi ilk dəfə Huawei P30 ilə P30 Pro flaqman smartfon modellərində təqdim olundu. Şirkətin verdiyi məlumata əsasən yeni istifadəçi interfeysi versiyasını 50-ə yaxın Huawei cihazı əldə edəcək. Bu bardə Gizmochina saytına istinadən 4pda saytı xəbər verib. Beləliklə şirkət özünün bir çox smartfon və planşet modellərini EMUI 9.1 versiyasına kimi yeniləməyi planlaşdırır.

    Bu yeni istifdəçi interfeysi versiyasını P30 ilə P30 Pro modellərindən sonra ilk olaraq Mate 20, Mate 20 Pro, Mate 20XMate 20 Porsche Design smartfon modelləri əldə edəcəklər. Sözügedən smartfon modelləri üçün artıq beta versiya istifadəyə verilib. Mate 9, Mate 10, P10P20 seriyaları, o cümlədən nova 4, nova 3, nova 3i, nova 2s, Honor 8S, Honor 8X, Honor 7, Honor 10, Honor V10, Honor Note 10, Honor 9, Honor V9Honor Play smartfon modelləri şirkət daxilində qapalı beta versiya testindən keçirlər.


    Daha sonra bu yeni istifadəçi interfeysi versiyasını əldə edəcək smartfonlar siyahısında nova 4e, nova 3e, Enjoy 9 PLus, Enjoy 8 Plus, Enjoy 9s, Enjoy 7s, Enjoy 9e, Honor 9 Lite, Honor 8X Max, Honor 20i, Honor 9i, Honor 7X və digər smartfon modelləri var. Bundan əlavə olaraq sözügedən yenilənməni şirkətin bir sıra planşet modelləri də əldə edəcəklər. Onların siyahısında MediaPad M5 Lite (10.1 düym ekranlı), MediaPad M5 Lite (8.0 düym ekranlı), MediaPad M5 (10.8 düym ekranlı), MediaPad M5 Pro (10.8 düym ekranlı), MediaPad M5 (8.4 düym ekranlı), Honor Tab 5 və s. planşet modelləri var.