
Ən böyük torrent saytın yaradıcısı həbs olunub
Elm & Texnologiya
07.05.2017
Farid
Ən böyük torrent sayt olan KickAss Torrents (KAT) onun güman
olunan yaradıcısının həbs olunmasından sonra offline rejimə keçib. Saytın
sahibi 30 yaşlı ukraynalı Artyom Vaulin Polşa-da həbs olunub. Onu müəllif
hüquqlarını pozduğu və pul oğurlamalarını gerçəkləşdirmək üçün sözləşmə
günahları ilə ittiham edirlər. ABŞ-ın ədliyyə nazirliyi bildirib ki, onlar
Vaulin-in ekstradisiyasına nail olmağa çalışacaqlar. Bəzi məlumatlara əsasən
KAT-ın yaradıcısına 20 ilədək həbs cəzası düşür. Bundan əlavə olaraq Çikaqo-nun
federal məhkəməsi Vaulin-in bank hesablarının bağlanması və KAT-a məxsus bir
neçə domen adlarının (kickasstorrents.com və kat.cr domenləri də bura daxildir)
çıxarılması haqqında qərar qəbul edib. Buna görə torrent sayt bəzən işləməyə
bilər. Qeyd edək ki, KAT 2008-ci ildən fəaliyyət göstərir. Məlumatlara əsasən
sayta gün ərzində milyon istifadəçi daxil olur. Bu isə onu internetin ən böyük
torrent saytı edir. ABŞ-ın ədliyyə nazirliyindəki məlumatlara əsasən bu il sayt
16 milyon dollar gəlir əldə edib. Baş prokurorun sözlərinə əsasən KAT tərəfindən
müəllif hüquqları barəsində yetirilmiş zərər 1 milyard dollar civarında qiymətləndirilir.
Paylaş
Bənzər xəbərlər