Ən çox enerji sərf edən mobil tətbiqlər

19.02.2018 0 PAYLAŞIM 601 OXUNMA

“Avast” şirkətinin tədqiqatçıları ən çox enerji sərf edən tətbiqlər barəsində iki top siyahı hazırlayıblar.

    Həmin tətbiqlər bir qayda olaraq ya fon rejimində çalışaraq, yada istifadəçi tərəfindən istifadə olunaraq enerji sərf edirlər. Sözügedən hesabat 2017-ci ilin İyul-Sentyabr ayları ərzində dünyadakı 3 milyon smartfonları əhatə edir. Birinci top siyahıya smartfonun işə düşməsi zamanı fon rejimində hansısa işi görmək üçün nəzərdə tutulmuş və avtomatik prosesə başlayan tətbiqlər daxil olub. Bu siyahıdakı ilk 3 yeri Samsung smartfonlarına quraşdırılmış tətbiqlər tutublar: Cihazlarla uzaqdan idarə üçün Link tətbiqi, proqram təminatının yenilənməsi üçün olan tətbiq və ChatON messenceri. Həmin siyahıda sonrakı yerləri Google Maps və ən məşhur messencer WhatsApp tutublar.


    İkinci top siyahıda isə istifadəçilər tərəfindən işə salınaraq ən çox enerji sərf edən tətbiqlər yer alıb. Bu siyahıda ilk iki yeri Samsung tətbiqləri tutublar: Ştrix kodların skan olunması üçün tətbiq və media player. Daha sonrakı yerlərdə Netflix, Snapchat Line tətbiqləri qərarlaşıblar. Bu sadalanmış tətbiqlərdən hansılarısa pozsaz və ya istifadəsini məhdudlaşdırsaz, smartfonunuzun enerji sərfiyyatını aşağı endirə bilərsiniz.