main-post-cover

    Ən məşhur kompüter viruslarından birini yaratmış şəxs öz qlobal kiberhücumundan danışdı

    Elm & Texnologiya
    11.05.2020
    Farid Pardashunas
        20 il bundan öncə bütün dünya üzrə milyonlarla kompüter ILOVEYOU adlı virusa yoluxmuşdu. Həmin virus həmçinin Pentaqona daxil olmuş və Britaniya parlamentinin serverlərinin deaktiv olunmasına səbəb olmuşdu. Bu kiberhücumun ümumi zərəri milyardlarla dollar dəyərində qiymətləndirilir. İllər sonra sözügedən virusu yaratmış hacker və onun aqibəti məlum oldu. Bu barədə BBC.com saytı xəbər verib. ILOVEYOU adlı virusu yaratmış hacker barəsində çoxlu şayiələr gəzirdi. Bəziləri deyirdilər ki, o, Almaniyada, Avstriyada və ya ABŞ-da gizlənir. Bəziləri isə qeyd edirdilər ki, nəticədə həmin hacker Microsoft tərəfindən işə götürülüb.
        Maraqlısı ondadır ki, bütün bu şayiələr nəticədə reallıqdan uzaq oldular. Belə ki, sözügedən virusu yaratmış Onel de Guzman adlı şəxs əvvəlki kimi Filippin Respublikasının paytaxtı Manila şəhərində yaşayır. Onun hal hazırda 44 yaşı var və o, mobil telefonların təmiri üzrə kiçik iş yerinə sahibdir. O, 20 il bundan öncə törətdiyi əməldən çox peşmandır. Maraqlısı ondadır ki, bu cür böyük zərərin yetirilməsi nəticəsində hacker heç bir cəza almadı. Belə ki, həmin vaxtda qanunvericilikdə boşluqlar var idi və orda hacker-lik bölməsi yox idi. 20 ildən sonra jurnalistlərdən biri Onel de Guzman ilə görüşüb və bu hadisənin əslində necə olduğu barəsində öyrənib.
    İlkin olaraq Love Bug adlı kompüter soxulcanı (zərərli tətbiqlərin bir növü) şifrələrin oğurlanması üçün nəzərdə tutulmuşdu.
        Belə ki, həmin vaxt tələbə olmuş Onel de Guzman sadəcə olaraq pulsuz şəkildə internetdən istifadə etmək istəyirdi. Bir neçə müddətdən sonra isə o, virusa avtomatik yollama sistemini inteqrasiya edərək onu təkmilləşdirmək qərarına gəldi. Daha sonra Guzman virusu Sinqapurdan olan tanımadığı şəxsə göndərdi. Virus isə öz daxilində zərərli kodu birləşdirirdi. Həmin kod faylları yenidən yazır, şifrələri oğurlayır və avtomatik olaraq öz kopyalarını qurbanın Microsoft Outlook-da olan kontaktlarına göndərirdi.
        Nəticədə ilk 24 saat ərzində qlobal virus hücumu və 45 milyon cihazın bu virusla yoluxması barəsində məlumat ortaya çıxdı. Guzman qeyd edib ki, belə bir şeyin baş verəcəyindən tam xəbərsiz idi. Onun fikrincə hadisənin bu cür qlobal miqyas halını almasının əsas səbəbi ondadır ki, bir çox insanlar yeni dostlar və yaxın ünsiyyətlər qazanmaq istəyirlər. Bu səbəbdən də onlar zərərli proqram təminatını klikləyirdilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər