main-post-cover

    Ən rahat və komfortlu mouse təqdim edildi

    Elm & Texnologiya
    07.09.2017
    Orxan Jafarli
    Əgər mouse istifadə edərkən rahat edə bilmirsinizsə, Logitech tərəfindən inkişaf etdirilən yeni mouse modeli MX ERGO istifadəçilərə sərhədsiz rahatlıq vəd edir!
    Logitech, həssaslıq və rahatlığa önəm verən istifadəçilər üçün hazırladığı MX ERGO Wireless Trackball Mouse modelini təqdim etdi
    Touchpad-lərə alternativ axtaran və trackball istifadə etməyi sevənlər üçün hazırlandı. Standart mouse istifadəsiylə müqayisədə əzələ gərilməsini yüzdə 20 nisbətində azaldan mouse, altında olan nizamlana bilən metal dəstəyi sayəsində mouse-un 0-20 dərəcə arasında bir bucağa nizamlanmasını təmin edir.
    Logitech Easy-SwitchLogitech Flow texnologiyasına sahib MX ERGO, eyni anda birdən çox cihazı problemsiz şəkildə nəzarət edərək, kompüterlər arasında məzmun və sənədləri kopyalayıb yapışdırma şansı tanıyır.
    Yalnız 1 dəqiqə içində 1 tam günlük istifadə üçün kafi güc əldə edən mouse, tam şarj edildiyində təxminən 120 gün komfortlu bir istifadə təqdim edir.
    Logitech MX ERGO Trackball Mouse-in sentyabr ayında təklif olunan pərakəndə qiyməti 109 avro ilə satışa təqdim edilməsi gözlənilir.
    MX ERGO Wireless Trackball Mouse texniki xüsusiyyətləri
    Ölçülər: 98 mm x 47 mm x 135 mm
    Ağırlıq: 260 gr
    Əlaqə: Unifying ve Blueooth
    Şarj: 120 gün
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər