
Ən sevdiyiniz mahnını bir mürəkkəb ilə rəsm əsərinə çevirə bilən şirkət: Vibrato
Elm & Texnologiya
26.07.2017
Orxan
Amerikada bir şirkət ən sevdiyiniz mahnını, arzu etdiyiniz səs
qeydini divarınıza asa biləcəyiniz bir sənət əsərinə çevirir. İstər uşağınızın
ilk dəfə “ana-ata”deyişini, ya da ən
sevdiyiniz mahnını kağız üzərində əbədiləşdirə bilərsiniz.
Bu vizual sizə psixiatrların istifadə etdiyi Rorshach testini xatırlada bilər lakin
gözləriniz sizi aldatmasın; bu mücərrəd sənət əslində bir mahnıdır!

Vibrato musiqi anlayışı olaraq bir cür səsin tonlarını sürətlə
dəyişdirərək fərqli səslər tutmağa deyilir. Bu həm vokal ifaçıları həm də alət
çalan musiqiçilər tərəfindən istifadə edilir.
Vibrato şirkəti isə,
olduqca analoq bir üsul istifadə edərək səs dalğalanmalarını ilə bir baxıma
Otoportret rəsimə çevirir.
Yüngül sulandırılmış mürəkkəb bir dinamikin üzərinə çəkilən
plastik bir təbəqəyə damladılır.
Mürəkkəb səsdən gələn dalğalanma ilə sanki rəqs edir və
yayılaraq özünə xas bir vizual yaradır.
Ortaya çıxan bu mürəkkəb ləkəsi daha sonra kompüter mühitində
çap olunur və son halına gətirilir.
Bu cəhdin yaradıcısı Ismael Sanchez daha qısa və daha düz səslərin
nazildilmiş mürəkkəblə daha yaxşı ortaya çıxdığını izah edir.

Ortaya çıxan vizualın çox xüsusi olması üçün cihazın da buna
görə təchiz edilməsi lazımdır. Məsələn daha qüvvətli ya da enişli-yoxuşlu səslər
çox daha çox dalğalanma yaratdığı üçün mürəkkəbi dağıda bilir, buna görə səslər
şəkilə çevirmək üçün əvvəlcə düzgün nizamlamaların edilməsi lazımdır.
Sevgilisi Ashley Langa ilə birlikdə bu fikri evində sınamağa
başlayan Ismael, ses gücləndiricilərin sesini günlərlə yüksək səsdə saxlayınca
qonşularından olduqca çox şikayət eşidirdi.

Lakin Ismael və Ashley-in kəşfi səslərin vizuallaşması mövzusunda
daha orqanik yollar axtaran şəxslərə möcüzə bir texnika təqdim edir.
Cihazın son halı çölə səs vermir, yəni narahat olan qonşular
artıq söz mövzusu deyil.
Arrival filmini izləyənlər
yadplanetlilərin dilini xatırlaya bilər, Sanchez-ində ilhamı da çox oxşar bir
nöqtədən gəlir.
Yazıçı mürəkkəbi ilə təzyiq üsulları çalışarkən, sinestezi
anlayışı ilə tanış olan Ismael Sanchez insanların fərqli duyğularını bir-biriylə
ortaq şəkildə hiss edilə biləcəyini öyrəndi.
Bu da onun duyğularımız və qurduğumuz rabitə arasındakı əlaqəni
sorğulamasına səbəb oldu.
“İnsanların seçim etdiyi ünsiyyət yolları ümumiyyətlə düz və
tək ölçülüdür,” deyir Sanchez və əlavə edir
“Sesler bəzilərimizin birimizlə danışarkən istifadə etdiyi
yollardan biridir və səsləri başqa fromalarda istifadə edə biləcəyimiz ya da görəcəyimiz yolların olması mənim
marağımı çəkir.”
Arrival filmindəki
heptapodların dili əslində bunun tam tərsi idi çünki hər hansı bir səslə təmsil edilmədən
bir məna ifadə edirdi.
Vibrato vizualların bununla ortaq nöqtəsi isə hər bir
vizualda olan sirr və insanların burada əslində
nəyə baxdıqlarını anlamır olmasıdır.
Sanchez belə izah edir, “Vibrato, haradan gəldiyini öyrəndiyiniz
zaman tamamilə yeni bir məna qazanır.”

Nəticə olaraq bu vizuallar eynilə bizim barmaq izlərimiz
kimi fərqli səslərə aid bənzərsiz izlərdir!
Ən sevdiyiniz səsin mürəkkəb halını görmək istəsəniz Ismael
və Ashley-i səhifəsinə buradan baxa bilərsiniz.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
