Logo
    main-post-cover

    Ən sürətli və ən güclü notbuk prosessoru: AMD Ryzen 9 4800HS

            AMD şirkəti CES 2020 sərgisində notbuklar üçün Zen 2 çip və 7 nm istehsalat arxitekturasında hazırlanan Ryzen 4000 prosessorlarını təqdim etmişdi. İndi isə artıq bu prosessorların olduğu notbuklar yavaş-yavaş satışa çıxmağa başlayıb. Ryzen 4000 seqmentində olan prosessorların ən güclüsü olan Ryzen 9 4800HS, hal-hazırda İntel-in 9-cu nəsil ən güclü notbuk prosessoru olan Core i9-9880H ilə müqayisə edilib. Qeyd edək ki, 10-cu nəsil İntel notbuk prosessorları hələ çıxmayıb.

    Ryzen 9 4800HS prosessoru Core i9-9880H-a görə 12-55% daha güclüdür.

         
     
            Ryzen 9 4800HS prosessoru 8 nüvəyə16 iş parçacığına malikdir. Standart halda 3.0 Ghz tezliyə malik prosessor yük altında 4.3 Ghz tezliyə yüksəlir. Həmçinin 12 MB keş yaddaşına malikdir. Testlərə görə Ryzen 9 prosessoru, 90W güc istifadə edən Core İ9-a nəzərən 11.9% daha performanslıdır. Qeyd edək ki, Ryzen 9 4800HS 45W güc istifadə edən Core İ9-a nəzərən 33%, 35W güc istifadə edən versiyaya nəzərən isə 54% daha güclüdür. 
            Burda əsas faktor AMD-nin yeni notbuk prosessorları 7 nm ilə istehsal edilərkən, İntel-in prosessorları hələ də 14 nm ilə istehsal edilir. O səbəbdən Ryzen 9 4800HS, sadəcə 35W güc istifadə edərək 90W güc istifadə edən Core i9-9880H prosessorunu keçə bilir. İntel-in 10-cu nəsil yeni notbuk prosessorlarında hələ də 14 nm istehsalat arxitekturasından istifadə edir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Ən sürətli və ən güclü notbuk prosessoru: AMD Ryzen 9 4800HS | Technote