
Ən təhlükəli 6 virusla yoluxmuş noutbuk satışa çıxarılıb
Elm & Texnologiya
27.05.2019
Emil
Çindən olan Guo O Dong adlı rəssam öz yaradıcılıq məhsullarından birini satmaq üçün hərrac təşkil edib. Söhbət, 6 təhlükəli virus ilə yoluxmuş Samsung noutbukundan gedir. Rəssamın fikrincə həmin viruslar dünyanın ən təhlükəli viruslarıdır. Rəssam sözügedən müasir incəsənət əsərini “The Persistence of Chaos” adlandırıb. Bu barədə The Verge saytına istinadən Macdigger saytı xəbər verib. 10.2 düym ekrana sahib Samsung noutbuku növbəti viruslarla yoluxub: WannaCry, ILOVEYOU, MyDoom, SoBig, DarkTequila və BlackEnergy.
Bu müasir incəsənət əsərinin müəllifi olan Guo O Dong-un və ona yardımçı olmuş Deep Instinct (kibercinayətlərin qarşısını almaq üzrə fəaliyyət göstərən şirkət) şirkətinin fikrincə bu viruslar vasitəsilə hücuma məruz qalmış insanlara və təşkilatlara ümumilikdə 95 milyard dollar zərər dəyib. Rəssamın verdiyi məlumata əsasən bu əsər ilə o, rəqəmsal dünyanın abstrakt təhlükələrini materiallaşdırmaq istəyib. Hərrac bugün sona çatacaq. Hal hazırda noutbukun qiyməti 1 milyondan bir qədər çox təşkil edir.
Paylaş
Bənzər xəbərlər