
Ən yaxşı foto tənzimləmə tətbiqi Facetune 2 təqdim olundu
Elm & Texnologiya
07.05.2017
Farid
Bir çoxlarının bəyənərək istifadə etdiyi foto tənzimləmə tətbiqi Facetune, yenilənmiş versiyası ilə istifadəçilərə təqdim olunub.
İlk olaraq 2013-cü ildə iOS platformasına
addım atan Facetune, bir çoxları tərəfindən bəyənilmiş və qısa zaman sonra Android
platformasına addım atmışdır. Bu dəfə isə artıq Facetune 2 yenilənmiş halı ilə
istifadəçilərə təqdim olunub. Yenə də ilk olaraq iOS platforması üçün təqdim
olunan Facetune 2 yeni xüsusiyyətləri ilə istifadəçiləri özünə cəlb edib. Artıq Facetune 2 köməyilə foto tənzimləmənin yanında filtrləri də istifadə edərək
fotolarınıza rəng qata bilərsiniz.
Onu da qeyd edək ki, Facetune 2-də müəyyən
xüsusiyyətləri əlavə etmək üçün əlavə olaraq təyin olunmuş məbləği ödəməlisiniz.
Təəssüf ki, Facetune 2-nin Android üçün nə
vaxt istifadəyə veriləcəyi hələ ki, dəqiq məlum deyil. Facetune 2-nin köməyilə
bir sıra tənzimləmələri həyata keçirə bilərsiniz. Bunlara misal olaraq göz rənginizi
dəyişmək, parıltılı gözləri aradan qaldıra bilmək, HDR rənglər istifadə edərək
daha rəngkli tonlar əldə edə bilərsiniz. Bundan əlavə xanımlar filtlərin köməyilə makyaj effektini öz fotolarında canlandıra bilərlər.
Paylaş
Bənzər xəbərlər