Ənənəvi külək turbinlərinə meydan oxuyacaq nəhəng "külək divarı" layihəsi hazırlanır!
Elm & Texnologiya
25.07.2024
Farid Pardashunas
Küləkdən enerji əldə etməyin müxtəlif yolları var. Bu dəfə isə bir şirkət, ənənəvi 3 qanadlı külək turbinlərindən fərqli olaraq çoxsaylı turbinlərdən ibarət külək divarı hazırlamağı planlaşdırır.
Bərpa olunan enerjinin əhəmiyyəti artarkən, şirkətlər müxtəlif üsullardan istifadə edərək ən səmərəli şəkildə elektrik enerjisi istehsal etməyə çalışırlar. Bu kontekstdə Norveçli Wind Catching Systems (WCS), çox turbinli dizayn əsasında üzən külək elektrik stansiyası kimi təyin etdiyi Windcatcher sistemini inkişaf etdirir. WCS CEO-su Ole Heggheim tərəfindən edilən açıqlamaya görə, Windcatcher-in ən böyük modeli təxminən 300 metr yüksəklikdə və 350 metr enində olacaq. Bu səbəbdən nəhəng platformada 126 ədəd 1 MW-lıq turbin olacaq.
Qlobal təsnifat təşkilatı DNV-dən Prinsip Təsdiqi (AiP) alan şirkət, ilk kommersiya tətbiqinə yaxınlaşdıqlarını bildirir. CEO Heggheim, həmçinin AiP-ə gələn 40 MVt modelin layihədə gözlənilən 4 blokdan birincisi olacağını bildirib. Məlumata görə, bu kiçik turbinlər, ənənəvi 3 qanadlı turbin dizaynı ilə müqayisədə külək axınının hər kvadrat metri üçün 2.5 dəfə çox enerji tuta bilir. Hər bir qurğu elektrik enerjisini şəbəkəyə ötürən mərkəzi yarımstansiyaya qoşulur. Bu platformanın yaşıl hidrogen istehsalı potensialı da qiymətləndirilir.
WCS, hazırda Norveçin İqlim və Ətraf Mühit Nazirliyinin Enova fondundan 2023-cü ilin fevralında təhvil verilmiş 900.000 dollarlıq investisiyanın köməyi ilə Windcatcher dizaynının prototipini qurur. Şirkətin investorları arasında General Motors və GM Ventures var. Daha səmərəli istehsalla yanaşı, Windcatcher sistemi, üzən külək enerjisinin dəyərini hər MVt üçün 43-65 dollara endirməyi hədəfləyir. Bu arada, sabit dizayn əvəzinə üzən dizayndan istifadə etmək, sistemin daha dərin sularda quraşdırıla biləcəyi deməkdir. Digər tərəfdən, Windcatcher sisteminin nəhəng strukturu dəniz quşları üçün risk yaradır. Şirkət bunun üçün bəzi çəkindirmə sistemləri üzərində işləyir. Son olaraq onu da qeyd edək ki, ilk quraşdırma üçün hələlik heç bir tarix müəyyən edilməmişdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dünyanın ən böyük 2 rotorlu üzən külək platforması tikilib!
Dünyanın ən böyük 2 rotorlu üzən külək platforması tikilib!
Çinin ən böyük külək turbinləri istehsalçısı MingYang, son aylarda təqdim etdiyi dünyanın ən böyük 2 rotorlu üzən külək platforması olan OceanX-in tikintisini tamamlayıb.
Dünyda ilk dəfə taxta qanadlı külək turbini hazırlanıb!
Dünyda ilk dəfə taxta qanadlı külək turbini hazırlanıb!
Almaniyanın Voodin Blade Technology şirkəti, dünyada ilk taxta qanadlı külək turbinini quraşdırdığını açıqlayıb.
Bərpa olunan enerji mənbələri elektrik enerjisi istehsalının artıq 1/3 hissəsini təşkil edirlər
Bərpa olunan enerji mənbələri elektrik enerjisi istehsalının artıq 1/3 hissəsini təşkil edirlər
Bütün dünyada elektrik enerjisinin istehsalında bərpa olunan mənbələrin payı rekord göstəricidə artıb. Söhbət, 33%-lik artımdan gedir. Əsas artımı Günəş və külək enerji mənbələri sərgiləyiblər.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!