main-post-cover

    ePN Cashback nədir ? və Aliexpress ödənişlərindən necə pul qazanmaq olar ?

    Elm & Texnologiya
    11.04.2018
    Nijat Hamid
    Aliexpress Alibaba şirkətlər qrupuna məxsus online alış-satış platformasıdır. Technote olaraq hazırladığımız bu məqalə hesabına artıq siz Aliexpress-dən aldığınız hər sifarişə görə müəyyən məbləğdə pul qazanacaqsız. Buna cashback deyilir. Biz bunu ePN Cashback vasitəsilə edəcik. Bu sistemin iş prinsibi belədir ki, satış saytları ePN saytına gətirdiyi hər müştərinin aldığı ödənişin bir hissəsini verir. ePN saytına verilən bu ödəniş bir hissəsini isə sayt özü bizə verir. Bu sistem çoxlu və tez-tez Aliexpress-dən alış-veriş edənlər üçün çox sərfəlidi.
    • Qeyd 1: Çoxlu cashback saytları var. Amma aralarında ən problemsizi ePN-di. Həmçinin faiz olaraq da ən çox faizi əsasən ePN verir.
    • Qeyd 2: ePN sistemi həm mobil, həm də kompüter ilə işlətmək mümkündür. 
    • Qeyd 3: Mobil cihazlarda ePN tətbiqini Play Store və ya App Store-dan yükləyə bilərsiniz. Həmçinin problemsiz cashback üçün Aliexpress saytının mobil tətbiqi də yüklənməlidir.
    • Qeyd 4: Mobildə istifadə etsəniz əgər, Aliexpress saytı öz mobil tətbiqini istifadə edərək alınan ödənişlərə endirim edir. O zaman siz daha az pul ödəyəcəksiniz, bu zaman cashback olunan pul da az olacaq. Belə izah edək: 10$ olan malı kompüterdə sifariş edəndə siz 10$ ödəyəcəksiniz və 5% ( sifariş edilən mala görə dəyişir )-i sizə geri qayıdacaq. Amma mobil tətbiqdə etdiyiniz zaman Aliexpress sizə endirim etdiyi üçün, yəni 10$ olan şifarişə 8$ ödəyəcəyiniz üçün 8$ dolların 5%-i sizə gələcək. Və bu da kompüterdə edilən cashback-dən az olacaq.    
    1. ePN Cashback saytında qeydiyyatdan keçirsiniz. Aşağıdakı şəkildə gördüyünüz kimi qeydiyyat üçün Sing-Up yazısına daxil olun.    
    2. Aliexpress.com saytında qeydiyyatdan keçin. Sonra isə istədiyiniz hər hansı bir əşya və ya malın linkini kopyalayın.    

    3. Linki təkrar ePN cashback saytına girərək Buy with a cashback sözü yazılan yerə kopyalayın və BUY sözünə klik edin.    
    4. Və siz Aliexpress saytına yönələcəksiniz. Orda kartınız kodlarını yazaraq malı sifariş edin.     
    Məqalənin çox uzanmaması üçün Aliexpress-də ödənişin edilməsini göstərmirik. Əgər tələb edən çox olarsa, Technote olaraq əlavə məqalə hazırlayarıq.
    5. Ən vacib addım budur. Poçtdan sifarişinizi aldıqdan sonra Aliexpress-ə daxil olaraq sifarişi aldığınızı təsdiq etməlisiniz !!! Təsdiq edildikdən sonra ePN hesabınıza pul köcəcək.        
    Sifarişə görə təklin olunan cashback faizləri.
    1. Special Offers (Xüsusi təklifli endirimlər)-ə görə 90%-ə qədər Cashback imkanı
    2. Kosmetika və saç aksessuarları üçün ( Amerikaya aiddir)- 7.5% dəyərində cashback
    3. Bütün digər mallara( Mobil telefonlar aid deyil ) - 6% dəyərində cashback
    4. Mobil telefonlar üçün ( Russiya və CİS daxil deyil) - 3.5% dəyərində cashback        
    Qeyd: ePN hesabınızda yığılan məbləği debit karta göndərib əldə edə bilərsiniz. Ya da həmin məbləğ ilə yenidən Aliexpress-dən sifariş edə bilərsiniz.



    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər