Əsl bükülə bilən smartfonlar dövrü: Bükülə bilən yeni ekran modeli yaradıldı (VİDEO)
Elm & Texnologiya
31.08.2018
Farid Pardashunas
Kuins Universitetinin (Kanada) mütəxəssisləri
MagicScroll adlı cihazın prototipini yaradıblar. Bu cihaz tamamilə boru
formasında bükülə bilən 7.5 inç elastik ekrandır. Maraqlısı ondadır ki, bu
cihaz 3D printer vasitəsilə yaradılıb. Cihazın kənarlarında olan xüsusi diyircəklər
vasitəsilə ekranı həmçinin scrollamaq da olur. Prototip cihazın ekranı 2K
keyfiyyətinə sahibdir. Mütəxəssislər qeyd etsələr ki, onların hazırladıqları bu
cihaz hələ bazarda təqdim olunmaq üçün hazır deyil, onlar yenə də ekranın
potensial tətbiqetmə sahələrini artıq araşdırırlar. Məslən bu ekran iPad kimi
böyük cihazları kompaktlaşdıra bilər və beləliklə iPad kimi cihazı bir qələm
formasına çevirə bilər. Bundan əlavə olaraq prototip model həmçinin kameraya da
sahibdir. Beləliklə onu jestlər vasitəsilə də idarə etmək olar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)