
Əslən azərbaycanlı olan İqor Aşurbəyli-nin azad kosmik dövlət layihəsi Asgardia sonunda Yer kürəsindən kənara çıxdı
Elm & Texnologiya
14.11.2017
Emil
Dünyanın ilk “azad kosmik dövləti” olan Asgardia sonunda Yer kürəsi sərhədindən kənara çıxdı.
Bu layihənin təmsilçilərinin azad
data mərkəz kimi adlandırdıqları Asgardia-1 adlı peyk Cygnus kosmik gəmisinin
daxilində kosmosa göndərildi. Bu data mərkəzinin daxilində 0.5 TB-lıq məlumat
yerləşir. Onların arasında konstitusiya, dövlət simvolu, Asgardia vətəndaşları
haqqında məlumatlar və s. yerləşir. Cygnus kosmik yük gəmisini özündə birləşdirmiş
Orbital ATK Antares adlı raket ABŞ-ın Virciniya ştatındakı kosmodromdan start
götürmüşdü.

Bu kosmik yük gəmisi BKS-ə (Beynəlxalq Kosmik Stansiya) müxtəlif
növ ehtiyyatları çatdırandan sonra Yer kürəsinin orbitinə Asgardia-1 peykini
buraxacaq. Kiçik peyk 512 GB-lıq yaddaş həcminə sahibdir. Onun daxilində
Asgardia-nın 300.000 sakinin məlumatları, dövlət simvolu və konstitusiyası kimi
məlumatlar yerləşir. Əraziyə sahib olmayan, heç kim tərəfindən qəbul edilməyən
və özünə ad kimi qədim Skandinaviya mifologiyasında səmada yerləşən şəhərin
adını götürmüş dövlət ilk baxışdan elmi-fantastikadan gəlmiş bir hadisə
kimi görünür. Lakin layihənin yaradıcısı və əslən azərbaycanlı olan İqor Aşurbəyli
(sahibkar və “Almaz-Antey” konstruktor bürosunun keçmiş sabiq rəhbəri)
Asgardia-nı tam ciddi şəkildə azad dövlət kimi qurmağı planlaşdırır.

Məlumata əsasən
Aşurbəyli BMT-dən təsdiq gözləyir. Bu barədə BMT-yə ərizənin verilməsini Aşurbəyli,
Asgardia saytında 100.000 insanın qeydiyyatdan keçməsindən sonra
planlaşdırırdı. Rəsmi olmayan məlumatlara əsasən qeydiyyatdan keçmiş insanların
sayı 300.000-dir. Lakin saytdakı göstərici 100.000-dən bir qədər çox ədədi göstərir.
Hər halda BMT-yə hələki ərizə verilməyib. Əvvəlki məlumatlara əsasən
Asgardia-da idarəetmə tamamilə konstitusiya monarxiyası olacaq və İqor Aşurbəyli
kral və milltəin lideri kimi çıxış edəcək.
Lakin hələki Asgardia-nın saytında parlament
seçkilərinə hazırlıq gedir. Vətəndaşlar arasındakı namizədlər həmçinin
parlament seçkilərində iştirak edə bilərlər. Bundan əlavə olaraq yeni dövlət
bütün kontinentlərdə öz səfirliklərini istifadəyə verməyi və vətəndaşlara pasport verməyi
planlaşdırır. Bəzi mütəxəssislər bu layihəni artıq “beynəlxalq hüquqa meydan
oxuma” kimi qiymətləndiriblər. Belə ki, kosmosda azad dövlətin qurulması
1967-ci ildə qəbul olunmuş Kosmos haqqında müqavilənin prinsiplərinə cavab
vermir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
