
Əsrin İT müqaviləsi. 'Broadcom' ilə birləşmək üçün 'Qualcomm' daha çox pul istədi
Elm & Texnologiya
22.11.2017
“Broadcom”un “Qualcomm”u alması təklifi “Qualcomm” tərəfindən rədd ediləndən sonra hesab etmək olardı ki, bu məsələ bitib. Lakin bu məsələ tamamilə yeni istiqamətə yönəldi.
“Qualcomm” şirkətinin təmsilçilərinin
bir neçə müddət bundan öncə verdikləri məlumatda qeyd olunmuşdu ki, “Broadcom”
tərəfindən təklif olunmuş 130 milyard dollar (hər bir səhmə görə 70$) ilə şirkət
“Qualcomm”u yaxşı qiymətləndirməyib. “Broadcom”un bu barədə hansısa
fikiri bildirməsini gözləmədən “Qualcomm” bu müqaviləyə hansı qiymətə
razılaşacağını bildirib. Bu barədə Bloomberg saytı xəbər verib.
“Əgər təklif 8 rəqəmindən başlasaydı, biz onda maraqlı olardıq. Bu öz növbəsində “Broadcom”u daha yüksək qiymət göstəricili təklif ilə müraciət etməsinə ruhlandırmalıdır” – deyə “Qualcomm” səhmlərinin bir hissəsinin sahibi və Artisan International Value Fund adlı investisiya fondunun CEO-su Daniel O’Keefe bildirib.
Şirkətin səhmlərinə
sahib digər bir şəxsin sözlərinə əsasən sözügedən müqavilə o zaman bağlana bilər
ki, “Broadcom” “Qualcomm”un hər bir səhmi üçün 85-95$ təklif etsin. Görünür, “Qualcomm”
və “Broadcom” öz aralarında danışıqlar aparmağa davam edirlər. Buna görə də bu
iki böyük şirkətin gələcəkdə birləşməsi istisna deyil.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...