
Əsrin İT müqaviləsi. 'Broadcom' 'Qualcomm'u 130 milyard dollara ala bilər
Elm & Texnologiya
07.11.2017
“Broadcom” şirkəti “Qualcomm”un hər bir səhminə 70$ ödəməyə hazırdır.
Əgər razılıq əldə olunsa, bu, İT
sahədə texnoloji şirkətin ən böyük alışı olacaq. “Qualcomm”un PR xidməti rəsmi
olaraq təsdiq edib ki, “Broadcom” onlara alış ilə bağlı müraciət edib. Onlar “Qualcomm”u
hər səhmə görə 60$ valyuta və 10$-ı öz səhmlərini verməklə almaq istəyirlər. “Broadcom”
hal hazırda “Qualcomm”un səhm qiymətlərindən 10% daha yüksək qiyməti təklif
edir.
Bütün bunlara baxmayaraq “Qualcomm” bu barədə hələki heç bir fikir
bildirmir. Hal hazırda maliyyəçilər və hüquqşünaslar ilə konsultasiya prosesi
gedir və şirkətin direktorlar şurasının hələki yekun bir qərarı yoxdur. Android
Police saytının verdiyi xəbərə əsasən ABŞ höküməti bu müqavilənin bağlanmasına
qarşı çıxa bilər. Bu baxımdan sözügedən müqavilənin bağlanmasında bir sıra çətinliklər
var.
Qeyd etmək lazımdır ki, “Broadcam” kompüter çiplərinin istehsalı ilə məşğuldur
və yarımkeçirici istehsalçıları arasında ən böyük 20 şirkət sırasına
daxildir. 2016-cı ildə onu “Avago Technologies” şirkəti almışdır. Müqavilənin
baş tutacağı halda onun dəyəri rekord göstərici hesab olunan 130 milyard dollar olacaq. Hal hazırda
internet, və texnologiya sahəsindəki ən böyük bağlanmış müqavilə “EMC” ilə “Dell”
şirkətləri arasındakı müqavilədir. Belə ki, 2015-ci ilin sonunda “Dell” “EMC”ni 67 milyard dollara
almışdı.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...