main-post-cover

    Evan Blass BlackBerry Ghost Pro-nun fotosunu təqdim etdi

    Elm & Texnologiya
    23.03.2018
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə məşhur insayder Evan Blass sensorlu tam ekrana sahib BlackBerry Ghost smartfonunun fotosunu təqdim etmişdi. İndi isə o, BlackBerry Ghost Pro modelinin fotosunu təqdim edib. Pro versiyanın texniki özəllikləri barəsində məlumat olmasa da ehtimal ki, adi Ghost versiyası kimi o da 18:9 nisbətli ekrana sahib olacaq. Smartfon metal korpusa sahib olacaq, onun ön panelinin aşağı hissəsində isə BlackBerry loqosu olacaq.

        Maraqlısı isə ondadır ki, smartfonun ekranı ön panel sahəsinin nə qədər hissəsini əhatə edəcək? Bu baxımdan BlackBerry Motion modeli heç də rekord göstəriciyə sahib deyil. Qeyd etmək lazımdır ki, adi Ghost və Ghost Pro modellərini Hindistanın Optiemus Infracom şirkəti istehsal edəcək. Bu, BlackBerry brendini istifadə etmək hüququna sahib 3 böyük şirkətdən biridir. Sözügedən yeni modellərin beynəlxalq bazarda satılıb-satılmayacaqları barəsində hələki heç bir məlumat yoxdur. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər