main-post-cover

    Evan Blass Galaxy S9 ilə S9+ modellərinin təqdimat və satış tarixlərini açıqladı

    Elm & Texnologiya
    16.01.2018
    Farid Pardashunas
    Məşhur insayder Evan Blass Galaxy S9 və S9+ modellərinin təqdimat, ön sifariş və satış tarixlərini açıqladı.
    Bundan əlavə olaraq Braziliyanın şəbəkə üzrə agentliyi yeni flaqman modellərinin batareya həcmləri barəsində məlumat verib. Beləliklə Evan Blass-ın verdiyi məlumata əsasən yeni smartfonlar 26 Fevral tarixində təqdim olunacaqlar. Çox güman ki, təqdimat MWC 2018 konfransı çərçivəsində baş tutacaq. Qeyd etmək lazımdır ki, Barselonada keçiriləcək bu konfrans 26 Fevral tarixində start götürəcək və 1 Mart tarixində sona çatacaq.
    Smartfonların ön sifarişləri də 1 Mart tarixində aktiv olacaq və onları artıq 16 Mart tarixindən etibarən almaq mümkün olacaq. Braziliyanın şəbəkə üzrə agentliyi isə hər iki smartfonun batareya həcmləri barəsində məlumat verib. Beləliklə agentliyin məlumatına əsasən Galaxy S9 300 mAh, S9+ isə 3500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Əgər bu məlumat düzdürsə yeni flaqman modellərinin batareyalarının həcmi Galaxy S8 ilə Galaxy S8+ smartfonlarının batareya həcmlərindən heç də fərqlənmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər