main-post-cover

    Evan Blass Galaxy S9 və S9+ smartfonlarının yeni fotolarını təqdim etdi

    Elm & Texnologiya
    27.01.2018
    Farid Pardashunas
    Məşhur insayder Evan Blass Galaxy S9 və S9+ modellərinin ön panellərinin keyfiyyətli fotolarını təqdim edib.
    Galaxy S9S9+ modelləri keçən ilki Galaxy S8S8+ modellərindən fərqlənməyəcəklər. Evan Blass-ın təqdim etdiyi fotolar bunu sübut edir. Beləliklə ön paneldən yeni smartfonlar bizləri təəccübləndirməyəcəklər. Belə ki, ekran ölçüləri və çərçivələr Galaxy S8 və S8+ modellərindəki kimi qalacaq. Evan Blass həmçinin qeyd edib ki, Galaxy S9 və S9+ modelləri Star Star 2 kod adlarına sahibdirlər. Smartfonlar öz aralarında yalnız daxili yaddaş həcmi və kameralar ilə fərlənəcəklər.

    Hər iki smartfonun arxa kamerası f/2.4 və f/1.5 diafraqmalarına sahib olacaq və həmin diafraqmalar arasında istəyə uyğun olaraq keçid etmək mümkün olacaq. Yalnız Galaxy S9 bir arxa kameraya, Galaxy S9+ isə iki arxa kameraya sahib olacaq. Hər iki smartfonun ön panelində 8 MP-lik kamera yerləşdiriləcək. ABŞ bazarı üçün smartfonlar Snapdragon 845 prosessoru, qalan regionlar üçün isə Exynos 9810 prosessoru vasitəsilə çalışacaqlar. Yeni Galaxy modellərinin anonsu 25 Fevral tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər