main-post-cover

    Evan Blass, Google Pixel və Pixel XL smartfonlarının yeni modellərinin təqdimat tarixini açıqladı

    Elm & Texnologiya
    24.08.2017
    Farid Pardashunas

    İlin sonuna kimi bizləri bir neçə maraqlı tədbir gözləyir. Onlardan biri də “Google” şirkəti tərəfindən keçiriləcək tədbirdir.

    Həmin tədbir çərçivəsində bu şirkət tərəfindən bir neçə maraqlı cihazın təqdim olunacağı gözlənilir. Lakin diqqət mərkəzində təbii ki, Pixel smartfonlarının ikinci nəsli olacaq. Bundan əlavə olaraq bir neçə müddət bundan əvvəl məlumat yayılmışdı ki, həmin tədbir çərçivəsində həmçinin Chromebook Pixel adlı yeni noutbookunu, yenilənmiş Google Home səsgücləndiricisini və Google Assistant səsli köməkçisinə sahib qulaqlıqları da təqdim edə bilərlər. Məşhur insayder Evan Blass, bu təqdimatın tarixi və həmin təqdimatdan nə gözləmək lazım olduğu barədə məlumatlar verib. Onun verdiyi məlumata əsasən şirkətin sözügedən təqdimatı, 5 Oktyabr tarixində baş tutacaq. Bundan əlavə olaraq o bildirib ki, Pixel və Pixel XL 2 smartfonları, Snapdragon 836 prosessorları ilə təchiz olunacaq. Güman olunur ki, bu çiplər, Snapdragon 835-in bir qədər təkmilləşdirilmiş versiyaları olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər