
Evan Blass, Google Pixel XL 2-nin yeni fotosunu, təqdimatdan bir gün öncə təqdim etdi
Elm & Texnologiya
03.10.2017
Emil
Google Pixel və Pixel XL 2-nin anonsundan bir gün qabaq Evan Blass, Pixel XL 2-nin yeni keyfiyyətli fotolarını təqdim edib.
Yeni fotolara nəzər yetirdikdə
görmək olar ki, şirkətin yeni flaqman modeli, çərçivəsiz ekrana sahib olsa da,
ön paneldəki çərçivələri nazik adlandırmaq çətindir. Bununla yanaşı smartfon,
ikili ön panel səsgücləndiriciləri ilə təchiz olunacaq. Bununla yanaşı
fotolardan da görmək olar ki, yeni modeldə ənənəvi Google launcher-in dizaynı
bir qədər dəyişilib.

Məlumatlara əsasən Pixel 2 modeli isə adi ekrana sahib
olacaq, lakin onun dizaynı, Pixel XL 2-nin ekranı kimi olacaq. Evan Blass-ın
verdiyi məlumata əsasən hər iki model, 64 və 128 GB-lıq daxili yaddaş
versiyalarında təqdim olunacaqlar. 64 GB daxili yaddaşa sahib Pixel 2, 650$,
128 GB daxili yaddaşa sahib Pixel 2 isə 750$ qiymətinə satılacaq və 19 Oktyabr
tarixindən bütün alıcılara təqdim olunacaq. Daxili yaddaş həcmindən asılı
olaraq Pixel XL 2 modeli, 850 və 950$ qiymətində 15 Noyabr tarixindən satışa
çıxacaq. Qeyd etmək lazımdır ki, bu yeni smartfonlar sabah təqdim olunacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
