main-post-cover

    Evan Blass HTC U11 Eyes smartfonunun özəlliklərini təqdim edib

    Elm & Texnologiya
    12.01.2018
    Farid Pardashunas
    Məşhur insayder Evan Blass anonsu olmamış HTC U11 Eyes modeli haqqında məlumatları verib.
    Yeni smartfon 18:9 nisbətli böyük ekrana, orta səviyyəli prosessora və ikili ön kameraya sahib olacaq. Qeyd etmək lazımdır ki, HTC U11 Eyes modeli U11+ modelinin sadələşdirilmiş versiyasıdır. Onların dizaynları demək olarki eynidir. Lakin HTC U11 Eyes modeli IP67 standartlı sudan və tozdan qorunma özəlliyinə sahib olacaq. HTC U11+ modelində isə bu standart IP68-dir. Beləliklə HTC U11 Eyes qısa müddətli 1 metr su dərinliyinə dözə biləcək.

    Texniki göstəricilərinə gəldikdə isə smartfon 1080x2160 piksel keyfiyyətli 6 inç-lik Super LCD3 ekran, Snapdragon 652 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş (microSD özəllikli) və 3930 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Barmaq izi skanı smartfonun arxa panelindəki kameranın alt hissəsində yerləşəcək. Smartfon həmçinin ikili ön kameraya da sahib olacaq. Lakin hələllik onların iş prinsipi barəsində məlumat yoxdur. Smartfonun rəsmi təqdimatı 15 Yanvar tarixinə planlaşdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər