main-post-cover

    Əvvəlki modeldən daha sürətli: OnePlus 6T McLaren Edition smartfonu təqdim edildi

    Elm & Texnologiya
    11.12.2018
    Farid Pardashunas
        Beləliklə bir sıra anonslardan sonra OnePlus şirkəti sonunda İngiltərənin McLaren avtomobil şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırladığı yeni versiya OnePlus 6T smartfon modelini təqdim etdi. İlk öncə düşünülürdü ki, OnePlus 6T McLaren Edition modeli adi OnePlus 6T modelindən sadəcə olaraq gövdə rənginə görə fərqlənəcək. Lakin əslində isə yeni model həmçinin texniki göstəricilərinə görə də adi OnePlus 6T-dən fərqlənir. Beləliklə smartfonun korpusu qara rəngdə, gövdənin aşağı kənar hissələri isə narıncı rəngdədir. Bundan əlavə olaraq smartfonun arxa panelində OnePlus şirkətinin lqoosundan əlavə olaraq McLaren avtomobil şirkətinin loqosu da yerləşdirilib. Bununla da OnePlus 6T McLaren Edition modelinin xarici görünüşcə adi OnePlus 6T-dən fərqi bitir.

        Qeyd etmək lazımdır ki, şirkətin hər bir smartfon modeli müəyyən sloqan ilə ilə satışa çıxır. McLaren Edition modeli də bu baxımdan istisna olmadı. OnePlus 6-nın sloqanı “Sizə lazım olan sürət”, OnePlus 6T-nin sloqanı isə “Sürəti aktiv et” idi. Yeni təqdim olunmuş OnePlus 6T McLaren Edition modelinin sloqanı “Sürəti qarşılayın”dır. Bu sloqanla şirkət yeni model OnePlus 6T-nin əvvəlki modellərdən daha sürətli olduğunu bildirir. McLaren Edition-nun ən nəzərə çarpan özəlliyi 10 GB RAM- sahib olmasıdır. Qeyd etmək lazımdır ki, adi OnePlus 6T 8 GB RAM ilə təchiz olunub. Bundan əlavə olaraq McLaren Edition modelində Warp Charge 30 adlı daha sürətli enerji yığma texnologiyası tətbiq edilib. Şirkətin verdiyi məlumata əsasən bu texnologiya sayəsində smartfonun 20 dəqiqə enerji yığması bəs edir ki, istifadəçi ondan bütün gün ərzində rahat şəkildə istifadə etsin.

        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 19:9 nisbətli Full HD+ keyfiyyətli 6.41 düym ekran (ekran üzərində Gorilla Glass 6 qoruyucu şüşəli), Snapdragon 845 prosessoru, Adreno 630 qrafik sürətləndirici, 10 GB RAM, 256 GB daxili yaddaş həcmi, 16 MP (f/1.7 diafraqmalı) + 20 MP (f/1.7 diafraqmalı) ikili arxa kamera, 16 MP-lik ön kamera və 3700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun kameraları həmçinin təsvirin optik stabilizasiyasını, slo-mo videoların çəkilişini, portret rejimini və gecə çəkilişini dəstəkləyirlər. Barmaq izi skanı texnologiyası isə smartfonun ekranına inteqrasiya olunub. Beləliklə OnePlus 6T McLaren Edition modeli şirkətin ən bahalı smartfon modeli olub. Belə ki, ABŞ-da smartfon 699$-a, Avropada isə 699 avroya satılacaq. Onun satışlarına 13 dekabr tarixində start veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər