Logo
    main-post-cover

    Exynos 2400 prosessorunun ilk GPU test nəticələri ortaya çıxıb

        Samsung şirkətinin yaxın zamanda Exynos 2400 adlı yeni flaqman prosessorunu təqdim edəcəyi gözlənilir. Bu prosessor öz növbəsində gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S24S24+ smartfonlarına quraşdırılmalıdır. İndi isə internetdə Exynos 2400-ın ilk testlərinin nəticələri ortaya çıxıb və nəticələr heç də ürəkaçan deyillər. Prosessor barəsində məlumatlar Basemark Powerboard 4.0 adlı bençmarkın məlumatlar bazasında aşkar edilib. Məlumatlar bazasında Xclipse 940 qrafik sürətləndiricisinə sahib Exynos 2400 prosessorlu Samsung Galaxy S24 qeyd edilib.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy S22 smartfon seriyasında istifadə edilmiş Exynos 2200 prosessoru Xclipse 920 adlı GPU-ya sahib idi. Beləliklə Sacred Path adlı testdə Xclipse 940 qrafik çipi 1656 xal toplayıb. Bu, Xclipse 920-nin eyni testdə topladığı xaldan 30% yüksəkdir. Lakin məsələ burasındadır ki, onun nəticəsi Snapdragon 8 Gen 2-nin tərkibinə daxil olan Adreno 740 qrafik çipinin nəticəsindən 8% daha aşağıdır. Problem həmçinin onunla pisləşir ki, Snapdragon 8 Gen 3-ün tərkibinə daxil olacaq Adreno 750 qrafik çipi ilkin testlərdə 50%-lik performans yüksəlişi sərgiləyib. Bu isə o deməkdir ki, gələn il Exynos 2400 prosessoruna sahib Samsung smartfonları qrafik mövzuda Snapdragon 8 Gen 3 prosessoruna sahib smartfonlardan geridə qalacaqlar.
    Paylaş
    Bənzər xəbərlər