
Exynos 2500 prosessoru CPU və GPU mövzusunda Snapdragon 8 Gen 3-dən daha güclü ola bilər
Elm & Texnologiya
29.03.2024
Emil
Samsung-un yanvar ayında təqdim etmiş olduğu Galaxy S24 smartfon seriyasının Galaxy S24 ilə S24+ modelləri bəzi regionlarda Exynos 2400 flaqman prosessorunu əldə ediblər. İndi isə şirkət Exynos 2500 adlı yeni flaqman prosessor üzərində çalışır. İnsayderlərin vermiş olduqları məlumata əsasən hazırlanan Exynos 2500 prosessoru CPU və GPU performansı mövzusunda Qualcomm-un Snapdragon 8 Gen 3 prosessorundan daha güclü olacaq. Bununla belə insayderlər Exynos 2500-da olacaq neyron çipinin də eynilə Snapdragon 8 Gen 3-dəki neyron çipindən daha güclü olacağı ilə bağlı bir fikirə sahib deyillər. Çox güman ki, Exynos 2500 ya bu ilin sonunda ya da gələn ilin əvvəlində təqdim olunacaq. Bu halda o, Qualcomm-un Snapdragon 8 Gen 4 prosessoru ilə rəqabət aparacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
