main-post-cover

    Əyilə bilən smartfon Galaxy F haqqında yeni məlumatlar ortaya çıxdı (VİDEO)

    Elm & Texnologiya
    05.11.2018
    Farid Pardashunas
        Samsung şirkəti dünyanın ilk əyilə bilən smartfon modelinin təqdimat üstünlüyü əldən buraxsa da bu, şirkətin planlarında dəyişikliyə səbəb olmayıb. Hələ keçən ay şirkətin mobil şöbəsinin prezidenti qeyd etmişdi ki, sözügedən cihaz ilk növbədə planşet olacaq. Lakin stifadəçi onu istənilən an əyərək smartfona çevirə biləcək. İndi isə smartfonun xarici görünüşü barəsində ilk məlumatlar ortaya çıxıb. Məlumata əsasən şirkət 2013-cü ildə təqdim etdiyi əyilə bilən smartfon konseptinə üstünlük verəcək. Həmin konsepti aşağıdakı videoda izləyə bilərsiniz.

        The Bell saytının verdiyi məlumata əsasən smartfon 2 ədəd AMOLED ekrana sahib olacaq. Onlardan biri daxili 7.3 inç ekran, digəri isə xarici 4.6 inç ekran olacaq. Açılmış rejimdə 7.3 inç ekran vasitəsilə cihaz planşeti xatırladacaq. Əyilmiş rejimdə isə xarici hissədə olacaq ekran zənglər, yazışmalar kimi baza funksiyalarını yerinə yetirəcək. Həmçinin məlumatda qeyd olunub ki, Samsung öz planını dəyişməyib və bu ay əyilə bilən ekranların irimiqyaslı istehsalına start verəcək. Şirkətin ilk əyilə bilən smartfon modelinin isə təqdimat ilə çıxış tarixləri barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər