
Əziz Apple! Gəl USB-lərin haqqında danışaq
Elm & Texnologiya
07.05.2017
Farid
Salam, Apple. Mən sənin iPhone-larını uzun illər boyu demək olar bütün modellərini almışam. Və mən onları sevirəm. Və şübhə yoxdurki sizin telefonlarınız dünyanı dəyişib.
Lakin bizim muzakirə etməmiz gərəkən vacib bir mövzü var. Ümumiyyətlə sizin USB-lərin başına nə iş gəlir?
Niyə onlar telefonun qutusu açıldıqdan sonra cəmi 5 saniyə işləyir? Ümumiyyətlə inanılmazdır: Siz musiqi aləmində inqilab etdiniz, ən yaxşı istifadəçi interfeysi düşündünüz. Niyə siz normal keyfiyyətli USB-lər hazırlamağı nəhayətki öyrənmək istəmirsiz?!
Mən sizin dahi mühəndisləriniz bu xırda problemin həll yolunu tapmamasına inanmıram!
Bəli 1000 manatdan çox pul verib aldığımız iPhone-nun USB-si məhz bu cürdür:
Mister Tim Kuk, zəhmət olmasa twitter-inizi yoxlayın! İstifadəçilərin bu şikayətlərini görməzdən gəlməniz bizə hər ay 50 manata yaxın yeni original USB almaq bahasına başa gəlir
Siz bütün istifadəçiləriniz elektrik cərəyanından ölməsini istəyirsiz???
Düşünürsiz ki, bu hal gülməlidir?
Apple xahiş edirəm! Siz bunu daha yaxşı edə bilərsiniz! Mən buna inanıram!
Biz bu cür lifehack-lar düşünməməliyik!
Siz dünyanı dəyişdiz, lakin artıq özünüzü dəyişməsəz bunu bir daha təkrar edə bilməyəcəksiniz!
Bu özbaşınalığa bir dəfəlik son qoyun!
Paylaş
Bənzər xəbərlər