Logo
    main-post-cover

    Face ID çinli qadının üzünü rəfiqəsinin üzü ilə səhv saldı və smartfonun servisdə dəyişilməsi də kömək etmədi

    Elm & Texnologiya
    15.12.2017
    Emil
    South China Morning Post saytının verdiyi məlumata əsasən iPhone X-ə sahib olan qadın Face ID texnologiyasının ona oxşamayan tərəfdaşının üzünü skan edərək smartfonu blockdan çıxartması nəticəsində cihazı iki dəfə “Apple” servisinə təqdim edib.
    Face ID texnologiyası Nankin adlı şəhər sakininin üzünü onun iş yoldaşının üzü ilə səhv salır. Servis işçiləri ilk dəfə ona inanmadılar və nəticədə qadın həmin servisə rəfiqəsi ilə birlikdə getməli olub. Servisdə qadın texnologiyanın necə səhv çalışmasını göstərib. Problemin həqiqətən də olduğunu anlayan servis işçiləri qadından üzr istəyərək problemin ön kamerada olduğunu bildiriblər və qadına yeni iPhone X modeli veriblər.

    Lakin ikinci smartfon da həmin səhvi etməyə başlayıb. Face ID texnologiyası yenidən smartfonun əsl sahibəsinin üzünü onun rəfiqəsi ilə səhv salmağa başlayıb. Halbuki onlar bir-birilərinə o qədər də oxşamırlar. Bu hadisədən sonra qadın yenidən servisə qayıdaraq ikinci iPhone X-i qaytarıb və öz pulunu götürüb. Qadının bundan sonra hansı smartfonu aldığı isə bilinmir. Hər halda yeni smartfonun Apple məhsulu olmayacağı dəqiqdir.
    Paylaş
    Bənzər xəbərlər