Face ID ilə bağlı insanları maraqlandıran 11 sual

19.09.2017 0 PAYLAŞIM 332 OXUNMA

Face ID funksiyası, iPhone X-in ən çox müzakirə olunan yeniliklərindən biridir. “Apple” sizin üz məlumatlarınızı özündə saxlayacaq mı? Əgər sizə hansısa oğru hücum edib telefonunuzu tələb etsə, onda üz skanı funksiyasını necə tez deaktiv etmək olar? Şirkətin proqram təminatının hazırlanması üzrə vitse-prezidenti Craig Federighi, bu və digər suallara cavab verməyə çalışıb.

Face ID, müxtəlif ölkələrdə necə çalışacaq?


iPhone X-in təqdimatı zamanı şirkətin marketinq üzrə baş vitse-prezidenti Phil Schiller qeyd etmişdi ki, Face ID, milyarda yaxın üz fotolarını analiz edib. Federighi-nin sözlərinə əsasən şirkət, müxtəlif ölkələrdən olan insanların üz fotolarını yığıb və analiz edib. Bu isə o deməkdir ki, Face ID funksiyası geoqrafik və etnik özəllikləri nəzərə alır.

Mənim üz məlumatlarıma kimlər sahib olacaq?


İlkin olaraq bu alqoritmin təlimi üçün yığılmış məlumatlar “Apple”da lazımi səviyyədə qorunub saxlanılır. Lakin sizin üz məlumatlarınızı şirkət əldə edə bilməyəcək. Federighi bu barədə tam aydınlıqla cavab verib. “Biz, Face ID ilə çalışan istifadəçinin məlumatlarını yığmırıq. Bütün məlumatlar sizi cihazınızda qalacaq və alqoritmin təlimi üçün hətta bulud servisə də göndərilməyəcək”.

Saqqal saxlasam və ya saç düzümümü dəyişsəm, iPhone məni tanıyacaq mı?


Face ID, üzdə olan dəyişikliklərə uyğun olaraq öyrəşmək qabiliyyətinə sahibdir. Həmin özəllik sayəsində smartfon, hətta siz saqqal saxlasaz, saç düzümünüzü dəyişsəz və plastik əməliyyat keçirtsəz belə, sizi tanıyacaq. Dəyişikliklərə öyrəşmə prosesi, smartfonun daxilində gedir və bu zaman məlumatlar bulud servisə göndərilmir. “Apple” qeyd edib ki, heç bir ehtimalda sizi məlumatlarınızı digərlərinə təqdim etməyəcək.

Bəs qara eynək taxsam?


Federighi-nin sözlərinə əsasən Face ID, bir çox gün eynəkləri ilə çalışmaq özəlliyinə sahibdir. “Hətta polyarlaşdırılmış eynəklər də heç bir problem yaratmır. Mən özüm bu cür eynəklərdən istifadə edirəm. Bir çox linzalar yetəri dərəcədə infraqırmızı şüalar buraxmağa qadirdir. Bu isə o deməkdir ki, adi insanın görmədiyi gözləri, smartfon rahatlıqla görə biləcək. Təbii ki, elə linzalar da var ki, onların səthləri, infraqırmızı şüaları block edir. Bu halda siz ya şifrədən istifadə edə və ya sadəcə olaraq eynəyinizi çıxara bilərsiniz”.

Bəs maskalar barədə necə?


Face ID-nin çalışması üçün texnologiya sizin gözlərinizi, burnunuzu və ağzınızı görməlidir. Bu o deməkdir ki, əgər sadalanmış hissələr maska ilə bağlıdırsa, onda funksiya işə düşməyəcək və siz, şifrədən istifadə etməli olacaqsınız. “Məsələn əgər siz cərrah peşəsində çalışır və təhlükəsizlik maskası geyinirsinizsə, smartfon sizin üzünüzü təyin edə bilməyəcək. Lakin əgər siz dəbilqə və ya şarf geyinmisinizsə, smartfon sizin üzünüzü tanıyacaq”. Qeyd etmək laızmdır ki, bu cür problemlər, Touch ID funksiyasında da mövcud idi. Belə ki, əgər istifadəçinin əlləri yaş idisə və ya onlar əlcək daxilində idisə, onda Touch ID özəlliyi işə düşmürdü.

Kameraya düz baxmaq şərtdir mi?

Sadəcə olaraq smartfonun ön panelinə baxmaq lazımdır. Lakin görmə problemi olan insanlar, “diqqət detektoru” özəlliyinin aktiv olduğu halda Face ID funksiyasından istifadə zamanı bir sıra problemlər ilə qarşılaşa bilərlər. Lakin həmin özəlliyi və Face ID funksiyasını deaktiv etmək mümkündür.

Hansı məsafədə və hansı bucaq altında smartfonu tutmaq lazımdır?


“Məsafə təqribi olaraq selfi çəkdiyiniz zaman smartfonu tutduğunuz məsafə kimi olmalıdır. Əsas odur ki, kadra sizin gözləriniz, burnunuz və ağzınız düşsün. Məhz buna görə də smartfon sizi hətta müxtəlif bucaqlar altında da tanıya biləcək”.

Hökümət “Apple”dan mənim Face ID məlumatlarımı tələb edə bilər mi?


Bu halda şirkət sadəcə olaraq məlumatları verməyəcək. Artıq qeyd edildiyi kimi şirkət sizin biometrik məlumatlarınızı hətta anonim şəkildə də əldə etməyəcək. Siz, alqoritmə təlim keçdiyiniz zaman bütün məlumatlar dərhal sizin cihazınızda riyazi model şəklində yazılır. Beləliklə sizin üzünüzün kopyasını yaratmaq qeyri-mümkün olur. Ümumilikdə isə bu məlumatlar sizin smartfonunuzu tərk etmir.

iPhone-nun təhlükəsizliyi üçün Face ID funksiyasını və şifrə özəlliyini eyni anda tətbiq etmək olar mı?


Rəqəmsal və biometrik təhlükəsizlik üsullarının birləşməsi, yaxın gələcəkdə təqdim oluna bilər. “Biz bu sualı müzakirə etmişik. Bir çoxlarının diqqətini bu cür iki faktorlu autentifikasiya üsulu cəlb edib. Şifrə o halda lazım ola bilər ki, siz öz xarici görünüşünüzü mümkün qədər çox dəyişmisiniz” – deyə Federighi bildirib.

Hansısa halda Face ID funksiyasını tez deaktiv etmək olacaq mı?

Məsələn əgər sizə oğru hücum edib və sizin telefonunuzu tələb edir. “Köhnə modellərdə yandırıb/söndürmə düyməsini 5 dəfə klik etmək kifayət idi. iPhone 8 və iPhone X-də isə cihazların hər iki tərəfində yerləşən düymələri klik edib basılı vəziyyətdə saxlamaq lazımdır. Nəticədə smartfonun ekranında söndürmə düyməsi əks olacaq və Face ID, avtomatik olaraq deaktiv olacaq. Beləliklə əgər sizə oğru hücum etsə, əlinizi cibinizə salıb telefonu sıxın. Bu üsul ilə iPhone 8-də Touch ID özəlliyini deaktiv etmək mümkün olacaq”.

Üz skanı zamanı, reklam videosunda olduğu kimi iPhone, üzə işıq saçır mı?


Bir çoxları düşünür ki, üzün skanı zamanı iPhone, istifadəçinin üzünə parlaq işıq saçacaq. Lakin bu belə deyil. Üzün analizi üçün smartfona adi işıqlandırılmış mühit kifayət edir. Əgər siz qaranlıqda olsaz, onda smartfon, infraqırmızı şüalanmadan istifadə edəcək. Buna görə də adi səviyyədən yüksək işıqlandırmaya iPhone X sahib deyil”.

Mənbə: www.Techcrunch.com (Matthew Panzarina)