main-post-cover

    Facebook'a like saylarının göstərilməsinin deaktiv olunması funksiyası əlavə ediləcək

    Elm & Texnologiya
    03.09.2019
    Farid Pardashunas
        Facebook şirkətinin təmsilçiləri bildiriblər ki, yaxın müddətdə onlar sosial şəbəkədə like saylarının göstərilməsinin deaktiv edilməsi funksiyasının testinə start verəcəklər. Bu barədə Gagadget saytı xəbər verib. Bir çox tətbiqlərin müşahidəsi ilə məşğul olan tərtibatçı Jane Manchun Wong Facebook tətbiqinin Android versiyasında like saylarını müəllifdən başqa digər istifadəçilər üçün gizlətməyə imkan verən kodu aşkar edib.
        Bu funksiya vasitəsilə müəyyən paylaşıma gəlmiş like sayları sadəcə olaraq like və reaksiyalar şəklində göstəriləcək. Beləliklə paylaşımın digər şəxslərin də bəyəndiyi məlum olacaq. Lakin like sayları yalnız paylaşımı etmiş şəxsə məlum olacaq. Facebook tərtibatçıları təsdiqləyiblər ki, yaxın zamanda bu funksiyanın testinə start veriləcək.
        Qeyd etmək lazımdır ki, bu cür funksiya bir neçə müddət bundan öncə Instagram fotoservisində də istifadəyə verilmişdi. Bu funkiyanın Facebook-a inteqrasiya olunmasının səbəbi isə vaxtı ikən onun Instagram-a əlavə edilməsi səbəbilə eynidir. Belə ki, şirkət istəyir ki, istifadəçilər like saylarına diqqət yetirmədən istədikləri kontentləri paylaşsınlar. Görünür, bu funksiya Instagram istifadəçilərinin ürəyincə olub. Belə ki, o, daha çox ölkədə aktiv edilir. Facebook-da isə bu funksiyanın nə zaman test olunacağı məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər