
Facebook-da canlı yayım etmək üçün ilk prototip kamera Amazonda satışa çıxarılıb
Elm & Texnologiya
07.05.2017
Farid
Facebook-un canlı yayım xüsusiyyətəti məşhurlaşdıqca
elektron cihaz istehsalçıları da hərəkətə keçdi. "Mevo" şirkətinin təqdim etdiyi canlı
yayım kamerası da bunlardan biridir. Facebookda istər iş, istər səyahət edəcəyiniz
yerlər haqda canlı yayım edərkən sizə telefon və ya laptop lazım olur. Bunu nəzərə
alan "Mevo" istehsal etdiyi daşınabilən canlı yayım kamerasını Amazonda satışa
çıxardı.
12.4 MP-lik kameraya və daxili şarjlı
batareya sayəsində cihaz uzun məsafəyə daşınabilər və sərbəst yayım həyata
keçirə bilər. Eyni zamanda yayım edərkən bir obyekti seçərək onun şəklini çəkə
bilərsiniz. Amazonda 400$ dəyərində olan bu
kameraya əlavə olaraq 25$ ödəsəniz onda cihazın qutu və
digər avadanlıqlarını da ala bilərsiniz.
Paylaş
Bənzər xəbərlər