
Facebook-da çoxlu baxış sayı yığmaq üçün meşədəki ağacları yandırdı (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Amerikalı Johnny Mullins bəlkədə ətraf mühit qoruyucularının qəzəbinə tuş gələcək.
Belə ki, həvəskar meteoroloq olan
Johnny Mullins, Facebook-da çoxlu izlənmə sayı yığmaq üçün Kentukki ştatının
meşələrindən birində ağacları yandırıb. O, videonu öz Facebook səhifəsində
paylaşmışdır. "Technote.az"ın "Lenta.ru"a istinadən verdiyi xəbərə əsasən öz hərəkəti ilə Mullins canlı yayımına daha çox adamı cəlb edərək
məşhur meteoroloq olmaq niyyətini güdürmüş. Məlumata əsasən öz günahını etiraf
edəndən sonra Mullins polislər tərəfindən həbs olunub (ABŞ qanunvericiliyinə əsasən
bu cür cinayət 25 il azadlıqdan məhrum edilmə ilə cəzalandırılır). "Bu həqiqətən
də iyrənc bir hərəkətdir. Çünki, əslində o yaxşı oğlandır. Lakin o yanılır və
digərlərini necə böyük təhlükəyə atdığını başa düşmür” – polis rəisi James
Stephens bildirib.
Paylaş
Bənzər xəbərlər