
Facebook-da reklam verənləri sevindirəcək yenilik
Elm & Texnologiya
07.05.2017
Farid
"Facebook" öz rəqiblərini hər sahədə qabaqlamağı
qarşısına məqsəd qoyub. Belə ki, oktyabr ayında istifadəyə verilən Slideshow-a
yeni xüsusiyyətlər əlavə olunub. Xatırladaq ki, Slideshow reklamların slaydlar
vasitəsilə "Facebook"da yayımına şərait yaradırdı. Belə ki, istifadəçi fotolardan
istifadə edərək videolar düzəldir və reklam şəklində yayımlayırdılar. "Facebook", Slideshow-a olan marağı daha da artırmaq üçün yeniliklər edib.
Slideshow-un yenilikləri nədən ibarətdir?
Artıq düzəltdiyiniz reklamlara yazı və
musiqi əlavə etmək mümkün olacaq. Reklam verənlər daha zəngin reklam forması təqdim
etmək istəyirsə, istədikləri font (şrift), tema və rəngləri seçə biləcəklər. Bundan əlavə
videolarda istifadə edəcəyiniz musiqini də öz zövqünüzə uyğun təyin edə biləcəksiniz.
İstifadəçilər "Facebook"un təqdim etdiyi vizual
kitabxanadan görüntülər seçərək, öz reklamlarında istifadə edə biləcəklər. Zəif
internet şəraitində videolardan reklam düzəltmək asan olacaq. Slideshow-a
videonu yüklədikdən sonra, Slideshow-u hazırlamaq üçün 10 ədəd şəkil seçilə bilər.
2G şəbəkəli internetdən istifadə edən şəxslər belə, bu tip reklamları görə
biləcəklər.
Paylaş
Bənzər xəbərlər