
Facebook-dakı statusa görə cərimə olundu
Elm & Texnologiya
07.05.2017
Farid
"Facebook"-da bir iş yeri haqqında düzgün məlumat verməyən müştəri 115.000$ ödəməli olacaq.
"Facebook" bizim sosial həyatımızın bir hissəsi olsa da paylaşılan xəbərlərin də hamısının
doğru olduğunu demək mümkün deyil. Ona görə də dəqiq bilmədiyiniz məlumatı
paylaşarkən daha diqqətli olmağınızda fayda var. Bu tip hadisələrə görə hətta
başı dərdə girən adamlar da az deyil. Buna Avstraliya sakinini misal göstərmək
olar. O, qaldığı otel haqda Facebook-da doğru olmayan məlumat paylaşmasından
sonra məhkəməlik olub və 115.000$ ödəməsi haqda qərar qəbul edilib.
Avstraliyanın
Nanbukka ərazisində yaşayan və iki oteli olan Kennet Roze(Kenneth Rothe) haqda yayılan məlumat
onun məhkəməyə müraciət etməsinə səbəb olub. İddia edilən uşaq istismarı faktı
sübut edilmədiyi üçün otel sahibi müştəriyə təzminat davası açıb və məhkəmə
otel sahibini haqlı çıxararaq ona 115.000$ ödəməsi haqda qərar qəbul edib.
Paylaş
Bənzər xəbərlər