main-post-cover

    'Facebook'dan 2 'ağıllı' cihaz gəlir

    Elm & Texnologiya
    02.08.2017
    Emil Nəcəfov

    “Facebook”un, ev ekosistemləri üçün 2 ədəd smart cihaz hazırladığı məlumatları yayılıb.

    Söhbət, videoçat üçün nəzərdə tutulmuş planşetdən və “ağıllı” səsgücləndiricidən gedir. “Facebook” artıq uzun zamandır ki, cihaz istehsalı sahəsinə daxil olmaq istəyir. Onun, “VR Oculus” şirkətini alması buna sübutdur. “Facebook”, VR-I, insanların bir-birilərindən uzaq olmaları ehtimalında da onları bir araya gətirmək üçün yaxşı vasitə hesab edir. Məlumata əsasən “Facebook” (daha doğrusu onun Building 8 adlı şöbəsi), 2 rəqəmsal cihaz üzərində çalışır. Onlardan biri, Amazon EchoGoogle Home-dan o qədər də fərqlənməyən “ağıllı” səsgücləndiricidir. Lakin mənbələrin verdikləri məlumatlara əsasən kəskin rəqabət halında “Facebook”, bu layihəni ləğv edə bilər. İkinci cihaz daha böyük maraq cəlb edir. Bu cihaz, yalnız videoçat özəlliyinə sahib 13-15 inç ekrana sahib və Android əməliyyat sistemi vasitəsilə çalışacaq planşetdir. Bundan əlavə olaraq o, genişbucaqlı kamera, mikrofon və səsgücləndiricilər ilə təchiz olunacaq. “Facebook”, bu cihazın proqram təminatının idarə olunması üçün süni zəkadan istifadə etməyi planlaşdırır. Şirkət həmçinin videoçat üçün nəzərdə tutulmuş planşetə əlavə olaraq 360 dərəcəlik kamera da hazırlayır. Lakin çətin ki, həmin kamera, planşetin satışa çıxacağı tarixə kimi hazır olsun. Məlumata əsasən videoçat üçün planşet, artıq test mərhələsindədir. Buna baxmayaraq onun satışa çıxması barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala