
Facebook emosiyalarında yenilik
Elm & Texnologiya
07.05.2017
Farid
Artıq emojiləriniz daha maraqlı olacaq
Technote.az-ın Thenextweb mənbəsinə istinadən verdiyi məlumata görə Facebook emosiyalarla əlaqədar yeni funksiyanı istifadəyə verib. Belə ki, artıq Facebook istifadəçiləri göndərdikləri mesajlarda seçdikləri emosiyaları daha
böyük ölçüdə göndərə biləcəklər. Bunun üçün yalnız seçdiyiniz emosiyanı tutub
saxlamaq və istənilən ölçüyədək genişləndirmək lazımdır. Yalnız siz əmri
verdikdən sonra göndərmə aktı baş tutacaq. Həmçinin bənzər funksiyadan Google-un Allo chat tətbiqi istifadəçiləri cümlədə sözləri daha qabarıq ifadə etmək üçün istifadə edirlər. Qeyd edək ki, Facebook-un bu funksiyası hələki sadəcə iOS üçün aktivdir. Lakin
bir müddət sonra Android və messenger.com üçün də istifadəyə verilməsi nəzərdə tutulur.
Paylaş
Bənzər xəbərlər