main-post-cover

    Facebook etiraf etdi: İstifadəçilərin telefon nömrələri üçüncü tərəfə ötürülür

    Elm & Texnologiya
    27.09.2018
    Farid Pardashunas
        Prinston və Bostonun Şimal-Şərq Universitetlərinin tədqiqatçıları aşkar ediblər ki, Facebook şirkəti reklam verənlərə istifadəçilərin açıq şəkildə təqdim etmədikləri özəl məlumatları ötürür. Alimlər öyrəniblər ki, şirkət istifadəçinin öz Facebook hesabının təhlükəsizliyi üçün təqdim etdiyi telefon nömrəsi üzrə istifadəçiyə reklam elanlarını təqdim edir. Qeyd etmək lazımdır ki, istifadəçi öz telefon nömrəsini şirkətə ikifaktorlu autentifikasiya və ya hesabına kənar cihazlardan daxil olunması ehtimalları üçün təqdim edir.
        Facebook təmsilçisi təsdiq edib ki, şirkət istifadəçi tərəfindən öz hesabının təhlükəsizliyi üçün təqdim etdiyi telefon nömrəsindən daha dəqiq reklam targetingi üçün istifadə edir. Facebook təmsilçisi həmçinin qeyd edib ki, bu ilin May ayında şirkət telefon nömrəsindən istifadə etməyərək ikifaktorlu autentifikasiya özəlliyindən istifadə funksiyasını əlavə etmişdi. Bu halda Facebook hesabına daxil olmaq üçün nəzərdə tutulmuş şifrələr kənar tətbiqlər (Google Authenticator və ya Duo Mobile) sayəsində generasiya olunurlar.
        Bundan əlavə olaraq tədqiqatçılar təyin ediblər ki, istifadəçi öz Facebook hesabını telefon nömrəsinə bağlamasa da şirkət onun telefon nömrəsini digər istifadəçilər vasitəsilə öyrənə bilir. Bu o halda mümkündür ki, əgər istifadəçinin telefon nömrəsi hansısa digər istifadəçinin kontaktlar siyahısında var və həmin istifadəçi öz kontakt məlumatlarını sosial şəbəkə üçün açıq vəziyyətdə qoyub. Nəticədə reklam verənlər istifadəçinin telefon nömrəsindən istifadə edə bilərlər. İstifadəçi isə bu halda heçnə edə bilməz. Şirkətdə təsdiqləyiblər ki, belə bir şey mümkündür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər