
Facebook, foto çərçivə xüsusiyyəti təqdim etdi
Elm & Texnologiya
07.05.2017
Farid
Facebook yeni xüsusiyyətini istifadəçilərə təqdim etdi. Artıq istifadəçilər və səhifələr çərçivəli profil şəkilləri hazırlaya biləcəklər.
Əvvəllər
də müəyyən sayda insanın istifadə etdiyi Facebook profil şəkil çərçivələri artıq daha inkişaf etdirilmiş şəkildə istifadəçilərə təqdim olunub. Xüsusilə müəyyən
tədbir və ya dəstək məqsədilə yaradılan foto çərçivələri qısa zaman ərzində bir
çox insan tərəfindən bəyənildi.
Artıq
bəzi ölkələrdə bu yenilikdən istər səhifə adminləri, istərsə də adi istifadəçilər
asanlıqla istifadə edə bilirlər. Bu çərçivələri istifadə etmək üçün xüsusi bir
texniki bacarıq tələb olunmur.
Çərçivənizdə
istifadə edəcəyiniz fotonu tətbiqdə PNG formatında qeyd edərək, yükləyir və son
düzəlişləri çərçivə yaradan üzərində edəcəksiniz. Yüklədiyiniz çərçivə daha
sonra Facebook komandasının təstiqinsən keçəcək. Bunu etməkdə məqsəd təhlükəsizlik
məsələsini diqqətdə saxlamaqdır.

Təbii
ki, bu yeni xüsusiyyət də Snapchat-la oxşarlıq təşkil edir. Müəyyən müddət əvvəl
testlərə start verən və artıq bir müddətdir bir çox ərazidə istifadəyə verilən
foto tətbiqi Snapchat-la tam oxşarlıq təşkil edəcək effektlərdən xəbər verir.
Bu
yenilik əsasən foto çərçivələrə üstünlük verilən Kolumbiya, Meksika, Tayvan,
İngiltərə və İrlandiya kimi ərazilərdə istifadəyə verilib.
Daxili
Foto tətbiqi isə Kanada və Brazilyada istifadəyə verilib. Əgər istənilən effekt
əldə olunarsa, gələcəkdə yeniliyin bütün dünyada təqdim olunması nəzərdə
tutulur.
Daha ətraflı
məlumatı burdan ala bilərsiniz.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb
