
“Facebook”, Gələcəyin texnologiyası olacaq “Virtual Reallıq Emosiyaları”nı yaradır
Elm & Texnologiya
07.05.2017
Farid
Yumruğunuzu havada sallayın və VR avatarınız əsəbi
xarakter alsın. Əllərinizi üzünüzə aparın və VR avatarınız təəccüblənsin. Əllərinizi
qalibanə bir tərzdə havaya qaldırın və sizin avatarınız "sevinc”li hal alsın.
Facebook-un "VR emosiyaları” adı verdiyi bu yenilik, tamamilə
sizin mimikalarınıza əsaslanan emosiyalar yaratmaqdır. Biz o balaca, şirin,
sarı və dairəvi emosiyalardan danışmırıq. Bu avatarları sizin gözləriniz,
kirpikləriniz, ağzınız və digər üz cizgilərinizin dəyişiklikləri, bədən diliniz
idarə edir. Bu bir növ virtual aləmdə sizi əks etdirmək kimidir.
"Facebook”un Sosial VR departamentinin rəhbəri Maykl But
bu yeniliyi təsvir edərkən deyir ki, "Əgər siz mesajlaşma zamanı, hisslərinizi tamamlayacaq emosiya axtarırsınızsa artıq bu sizin köməyinizə gələcək. Sadəcə
hisslərinizi biruzə verin”.
Eyni zamanda da rəqəmsal dünyadakı halınızın
(avatarınızın) reallığı üzərinə də işlər ortaya qoyan Facebook, bu vasitə ilə
sizi rəqəmsal dünyada ola biləcəyiniz ən real halda var etməyə çalışır.
Facebook təcrübəsini, içində olacağınız virtual bir dünyada yaşaya bilməyiniz və
hətta bu dünyanın içində həqiqi selfilər çəkə bilməyiniz üçün yeni işlər
üstündədir.
Facebook-un qurucusu Mark Zükerberq dünən bu xüsusiyyətlərin
bəzilərini ilk dəfə təqdim etdi. Ancaq bəzi problemlər hələ də mövcuddur.
Xüsusilə üz mimikalarınız və bədən dilinizi anlamağa, onları virtual dünyaya əks
etməyə yarayan texnologiyalar fərqli firmalar tərəfindən hazırlanır və günümüzə
istifadədə olan virtual reallıq eynəklərində hələki işləmir. Bu da Facebook-un
yeni texnologiyasını istifadəyə vermək üçün virtual reallıq dəstlərində bu
xüsusiyyətlərin standartlaşmasını gözləməsini ya da bu xüsusiyyətlərlə təchiz
edilmiş öz şəxsi virtual reallıq eynəyi ilə bazarda bir yer əldə etməsini vacib
edir
Paylaş
Bənzər xəbərlər