main-post-cover

    Facebook, insanları təhlil etmək istəyir

    Elm & Texnologiya
    11.09.2017
    Orxan Jafarli
    Facebook, yeni süni intellekt layihəsi ilə, insan davranışını öyrənməyi və təhlil etmək istəyir.
    Robotlar artıq süni zəka dediyimiz anlayışla birləşərək insan olmağa bir addım daha yaxınlaşdılar. Facebook isə bu vəziyyətin nə qədər irəliyə gedə biləcəyini öyrənməyi qarşısına məqsəd qoyan bir proyektə imza atdı.
    Skype üzərindən insanlarla söhbət edən, söhbətləri araşdıran bir süni zəka ilə insanlığı analiz etməyi  qarşısına məqsəd qoyan Facebook, qısa müddət içərisində öz hədəfinə çatacaq kimi görünür!
    İşlərə başlayalı qısa bir müddət olmasına baxmayaraq videolu söhbətlərdən insanların hərəkətlərini mənalandıran süni zəka, insanların mimikalarını istifadə etməyə başladı. Bəli və ya xeyr yazmaq yerinə başını yelləyərək cavab verə biləcək vəziyyətə gələn robot, bu hərəkətləri doğru və gecikmə olmadan reallaşdırmağı də bacarır.
    Facebook-un bu proyektlə gərçəkdə nəyi qarşısına məqsəd qoyduğunu bilmirik lakin hələlik əsl məqsədin bu il Kanadada keçiriləcək olan Beynəlxalq Smart Robotlar və Sistemlər Konfransında sərgiləməkdir.
    Linki kopyala