main-post-cover

    'Facebook', naqilsiz və heç bir cihaza qoşulmayan avtonom Oculus Go adlı yeni VR cihazı təqdinm etdi (VİDEO)

    Elm & Texnologiya
    11.10.2017
    Farid Pardashunas
    Dünən gecə “Facebook”un konfransı çərçicəsində Mark Zuckerberg, Oculus Go adlı yeni VR cihazı təqdim etdi.
    Bu yeni nəsil virtual reallıq cihazının çalışması üçün nə smartfon, nə də kompüter lazım deyil. Onun heç naqilləri də yoxdur. Son 1 il ərzində “Oculus” şirkəti, naqilsiz və heç bir cihaza qoşulmayan VR cihaz üzərində çalışırdı. Bir neçə müddət bundan öncə isə onun barəsində bir sıra şaiyələr də yayılmışdı.

    Lakin nəticədə həmin cihaz təqdim olundu. Təqdim olunmuş Oculus Go adlı yeni VR cihaz, öz qiyməti ilə sevindirir. Xarici görünüşcə o, keçmiş Oculus Rift modelinə bənzəyir. Lakin Oculus Go, daha təkmilləşdirilmiş optiklərə sahibdir (2560x1440 piksel keyfiyyətli). Bununla yanaşı yeni VR cihaz həmçinin qulaqlıqlara da sahibdir. Beləliklə istifadəçi əlavə olaraq qulaqlıqlardan istifadə etməli olmayacaq.

    VR cihazın komplektində olan gamepadlar, Gear VR-ın gamepadlarına bənzəyir. Oculus Go, çox yumşaqdır və başa rahat taxılır. Yeni cihaz, Gear VR-ın dəstgəklədiyi tətbiqlərin hamısını dəstəkləyir. Qeyd etmək lazımdır ki, Oculus Go, 199$ qiymətinə satılacaq. Bu ilin Noyabr ayında ilk cihazlar, developerlərə göndəriləcək. Satışa isə o, 2018-ci ildə çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər