main-post-cover

    'Facebook', qiyməti ucuz olacaq Pacific kod adlı yeni VR cihaz hazırlayır

    Elm & Texnologiya
    15.07.2017
    Farid Pardashunas

    “Facebook”, irimiqyaslı şəkildə ucuz VR cihaz istehsal etməyi planlaşdırır.

    Onun qiymətinin 200$ olacağı gözlənilir. Lakin onun ən üstün cəhəti, tamamilə naqilsiz olacağıdır. Günümüzdə VR cihazlar 2 variantda satışa çıxırlar. Birinci variant, ucuz cihazlardan ibarətdir hansılar ki, smartfonları, VR cihazlara çevrirlər. İkinci variant isə Oculus Rift kimi yüksək keyfiyyətli cihazlardan ibarətdir. Onların qiyməti 1000$-a yaxındır və bundan əlavə olaraq onlar üçün həmçinin güclü kompüter də tələb olunur. Hal hazırda isə bahalı və ucuz platformalar arasındakı sahə boş olaraq qalıb. “Facebook” isə bu problemi aradan qaldırmaq istəyir. Şirkətə yaxın mənbələrin verdikləri məlumatlara əsasən “Facebook” tərəfindən hazırlanan yeni VR cihaz, 200$ qiymətində olacaq və onun çalışması üçün kompüter və ya smartfon lazım olmayacaq. Yeni VR cihazın gələn il satışa çıxması gözlənilir. Günümüzdə satışa çıxan bir çox VR cihazlar kimi şirkət tərəfindən hazılanan yeni platforma da əsasən video baxımı, sosial şəbəkə istifadəsi və gaming üçün nəzərdə tutulacaq. Həmin mənbələrin söylədiklərinə əsasən yeni cihazın kod adı Pacific-dir. Yeni cihaz, Oculus Rift-in kompakt versiyasını xatırladacaq və Samsung Gear VR-dan daha yüngül olacaq. Cihazın dizaynı və texniki göstəriciləri hələki final versiyadan uzaq olsa da onun konsepsiyası artıq dəqiqləşdirilib. İsitfadəçi istədiyi zaman öz çantasından yeni VR cihazı çıxardıb ondan istifadə edə biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər