
Facebook, reklam gizləyicilərinə qadağa qoyacaq
Elm & Texnologiya
07.05.2017
Farid
"Facebook" şirkəti nümayəndələrinin etdiyi açıqlamada reklamlara böyük əhəmiyyət
verdiklərini, reklamı hər zaman dəstəklədiklərini bildiriblər. Belə ki,
Facebook nümayəndələri, istifadəçilərin "Ad-block" proqramı istifadə etsələr belə
reklamları görməyə davam edəcəklərini bildirib. Reklamların görülmə prinsipində
dəyişiklik etdiyini bildirən şirkətin Reklam və İş Platforması Direktor Köməkçisi Andryu Bosvors(Andrew Bosworth), istifadəçilərin ad-block istifadə etməsi halında
belə reklamı görəcəklərini bildirib. Çünki ad-block reklam proqram təminatını oxuya
bilməyəcək. Nəzərə alsaq ki, ABŞ-da ad-block istifadəçiləri 26%
təşkil edir, onda bu xəbərin istifadəçilərə necə təsir edəcəyi maraqlıdır.
Facebook rəsmisi həmçinin bildirib ki, onlar ad-blocka heç vaxt filtrləməyə
görə pul ödəməyiblər.
Paylaş
Bənzər xəbərlər