main-post-cover

    Facebook şirkəti investorların vəsaitləri hesabına özünün kriptovalyutasını yaratmağı planlaşdırır

    Elm & Texnologiya
    09.04.2019
    Farid Pardashunas
        Facebook şirkəti vençur investorların vəsaitləri hesabına özünün kriptovalyutasını istifadəyə verməyi planlaşdırır. The New York Times saytının jurnalisti Nathaniel Popper-in Facebook-dakı mənbələrinə istinadən verdiyi məlumata əsasən, bunun üçün şirkətə 1 milyard dollar investisiya lazım olacaq. Bu barədə Rusbase saytı xəbər verib. Popper-in məlumatlarına əsasən investorların vəsaitlərindən Facebook şirkəti öz kriptovalyutasının zəmanəti üçün istifadə etmək istəyir. Kriptovalyutanın məzənnəsi isə bank hesablarında olan xarici valyutalara birləşdiriləcək.
        Popper-in Facebook şirkətində olan mənbələrinin verdikləri məlumatlara əsasən Facebook özünün kriptovalyuta layihəsini desentrəlizə və yalnız Facebook-un idarəsində olmayan kimi təqdim etmək üçün xarici investorları cəlb etmək istəyir. Qeyd etmək lazımdır ki, Facebook-un öz kriptovalyutasını yaratmaq planı hələ keçən ilin dekabr ayında ortaya çıxmışdı. Həmin vaxtda Bloomberg saytının mənbələri bildirmişdilər ki, Facebook öz kriptovalyutasından Whatsapp-da pul köçürmələrini reallaşdırmaq üçün istifadə edəcək və həmin kriptovalyuta ABŞ dollarına birləşdiriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər