main-post-cover

    Facebook şirkəti kənar saytlarla bölüşdüyü istifadəçi məlumatlarını idarə etməyə imkan verəcək

    Elm & Texnologiya
    21.08.2019
    Farid Pardashunas
        Facebook şirkəti sosial şəbəkəyə yeni funksiya əlavə edəcək. Həmin funksiya sayəsində istifadəçi tətbiqlər və saytların sosial şəbəkə ilə mübadilə apardıqları özəl məlumatları əldə edə və idarə edə biləcək. Bu barədə Rusbase saytı xəbər verib.
        “Off-Facebook Actvity funksiyası Facebook-a sizin aktivlikləriniz barəsində məlumatları göndərən tətbiq və saytların siyahısını təqdim edəcək. Siz istədiyiniz an həmin məlumatları öz istifadəçi hesabınızdan silə bilərsiniz” - deyə şirkət bildirib.
        Facebook hesab edir ki, bu funksiya özəl məlumatlarının idarəolunmasını və yüksək səviyyəli şəffaflığını təmin edəcək. Yaxın müddət bu yeni funksiya İrlandiya, Cənubi Koreya və İspaniyada istifadəyə veriləcək. Növbəti bir neçə ay ərzində isə funksiya digər ölkələrin istifadəçiləri üçün aktiv olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər