
Facebook şirkəti Netflix və Disney kimi nəhənglərin kontentlərini göstərəcək TV cihaz üzərində çalışır
Elm & Texnologiya
01.08.2019
Emil
Facebook şirkəti Netflix, Disney, Hulu, HBO və Amazon şirkətlərinə öz kontentlərinin yeni TV cihazında göstərilməsi təklifini edib. Bu cihaz həmçinin videozəngləri də dəstəkləyəcək. Bu barədə The Information saytına istinadən Vc.ru saytı xəbər verib. Məlumata əsasən Catalina adlı bu cihaz şirkətin ağıllı ekran modeli olan Portal-ın videozəng texnologiyasından istifadə edəcək.
Bununla yanaşı şirkətin TV cihazı uzaqdan idarə üçün nəzərdə tutulmuş fiziki idarəetmə pultu ilə də təchiz olunacaq. Şirkət bu cihazı bu ilin payız fəslində təqdim etməyi planlaşdırır. Facebook ilə sadalanmış media şirkətlər arasındakı danışıqların hansı səviyyədə olduğu bilinmir. Facebook şirkətinin televizora qoşulma və videozəng reallaşdırma imkanını verən cihaz üzərində çalışması məlumatı hələ 2018-ci ilin oktyabr ayında ortaya çıxmışdı.
Paylaş
Bənzər xəbərlər