main-post-cover

    Facebook şirkəti öz istifadəçilərini dinlədiyini etiraf etdi

    Elm & Texnologiya
    14.08.2019
    Farid Pardashunas
        Dəfələrlə istifadəçi məlumatlarının sızdırılması qalmaqallarından sonra Facebook şirkəti yenidən kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. Belə ki, Facebook istifadəçlərinin özəl səs yazlarının analiz məlumatlarının ortaya çıxmasından sonra Facebook etiraf etdi ki, o həqiqətən də istifadəçilərin səs yazılarını dinləyir və onları analiz edir. Bu iş ilə isə yüzlərlə şirkət əməkdaşı məşğul olub. Bu barədə Bloomberg saytına istinadən 4pda saytı xəbər verib.
        Anonim mənbələrə istinadən məlumat verilib ki, həmin şirkət əməkdaşlarına sözügedən səs yazılarının hardan və necə əldə edildiyi barəsində məlumat verilməyib. Sözügedən prosesdə iştirak etmiş anonim şəxslərin məlumatlarına əsasən onlar müxtəlif xarakterli səs yazılarını dinləyir və analiz edirdilər. Lakin Facebook şirkətinin bunu nəyə görə etdiyi barəsində heç bir məlumata sahib deyildilər. Facebook şirkəti isə səs yazılarının analiz olunduğunu etiraf edib və bildirib ki, şirkət bu prosesi artıq 1 həftə bundan öncə dayandırıb.
        Şirkətin verdiyi məlumata əsasən yalnız Facebook Messenger istifadəçilərinin kontentləri dinlənilirdi. Bununla belə həmin istifadəçilər buna icazə vermişdilər. Şirkətin məlumatında qeyd edilib ki, bu məlumatların kimlərə məxsus olduqları gizli saxlanılıb və səsli kontentlərin analiz edilməsi zamanı işçilər əmin olmalı idilər ki, süni zəka onları düzgün anlayır yoxsa yox. Hələ bir neçə müddət bundan öncə Facebook şirkətinin CEO-su Mark Zuckerberg bildirmişdi ki, istifadəçilərin dinlənməsi məlumatı sadəcə bir şayiədir və şirkət bununla məşğul olmur.
        Daha sonra isə Facebok şirkəti istifadəçilərin özəl həyatlarına qarışmaq mövzusu ətrafında istintaq aparmış ABŞ-ın federal ticarət komissiyası ilə razılıq əldə etdi və nəticədə 5 milyard dollar cərimə ödəməli oldu. Kütləvi informasiya vasitələrinin verdikləri məlumatlara əsasən istifadəçilərin səs yazılarının analiz olunması ilə Kaliforniyanın TaskUs Inc. şirkəti məşğul olub. Bu şirkət isə bütün dünya üzrə çoxlu sayda filiallara sahibdir. Onun üçün Facebook şirkəti böyük və vacib müştərilərdən biridir. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə öz istifadəçilərinin dinlənilməsini Google, Microsoft, Apple Twitter kimi şirkətlər etiraf etmişdilər..
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər