Facebook şirkəti öz servisləri üçün Facebook Pay adlı ödəniş sistemini təqdim etdi
Elm & Texnologiya
13.11.2019
Farid Pardashunas
Facebook şirkəti öz məşhur servislərinin ( Facebook, Messenger, Instagram, Whatsapp) istifadəçiləri üçün Facebook Pay adlı vahid ödəniş sistemini anons edib. Dünəndən etibarən bu yeni ödəniş sistemi ABŞ-dan olan Facebook və Messenger istifadəçiləri üçün aktivləşdirilib. Bu barədə Vc.ru saytı xəbər verib.
Sözügedən ödəniş sistemi vasitəsilə istifadəçilər öz dostlarına pul vəsaitlərini köçürə, sosial şəbəkənin daxilində olan Marketplace hissəsində məhsulların ödənişlərini reallaşdıra, müxtəlif tədbirlərə biletləri ala, xeyriyyəçilik üçün vəsait yığa və ya verə, sosial şəbəkə daxilində olan oyunlarda ödənişlər edə bilərlər.
Facebook Pay-in hər ödənişə görə komissiya tutub-tutmaması barəsində məlumat verilməyib. Növbəti mərhələdə Facebook Pay sistemi Instagram və Whatsapp-a da inteqrasiya ediləcək və digər ölkələrin istifadəçiləri üçün də aktivləşdiriləcək. Qeyd etmək lazımdır ki, Facebook Pay debet və kredit kartlarını, o cümlədən PayPal servisini dəstəkləyir. Ödənişlərin emal olunmasında sistem PayPal və Stripe servislərindən istifadə edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ