Facebook şirkəti özünün smart saatı üzərində çalışır

Facebook şirkəti özünün smart saatı üzərində çalışır

Texnologiya
15.02.2021 PAYLAŞIM

    Görünür, Facebook şirkəti istifadəçilər üçün smart cihazlar siyahısını genişləndirmək niyyətindədir. Belə ki, ortaya çıxmış məlumata əsasən şirkət özünün smart saatları üzərində çalışır. Bu barədə The Information saytı xəbər verib. Məlumatda qeyd edilib ki, şirkətin smart saatları vasitəsilə Facebook servisləri üzrə mesajlaşmaq mümkün olacaq və bundan əlavə olaraq saatlar standart smart saatların sahib olduqları funksiyaları özlərində birləşdirəcəklər. Bura həm istifadəçinin səhhətinin monitorinqi ilə bağlı funkskiyalar həm də idman rejimləri daxil olacaqlar.

    Smart saatlar Android əməliyyat sistemi vasitəsilə çalışacaqlar. Lakin Facebook şirkəti smart saatları özünün hazırlayacağı platformaya keçirtməyi planlaşdırır. Məlumata əsasən smart saatlar üçün nəzərdə tutulmuş fərdi əməliyyat sistemi üzərində işlərə artıq start verilib. Bundan əlavə olaraq Facebook-un smart saatları smartfonlarla sinxronlaşdırılmadan mobil şəbəkə vasitəsilə əlaqə yarada biləcəklər. Gözləntilərə əsasən Facebook smart saatların birinci versiyasını 2022-ci ildə ikinci versiyasını isə 2023-cü ildə təqdim edəcək. Qeyd etmək lazımdır ki, hardware məhsullar arasında Facebook artıq Oculus VR eynəklərinə və Portal adlı smart ekranlara sahibdir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×