main-post-cover

    Facebook şirkəti VR obyektlərlə qarşılıqlı əlaqədə olmağa imkan verəcək xüsusi qolbağı anons etdi

    Elm & Texnologiya
    23.07.2019
    Farid Pardashunas
        Əgər gələcəkdə VR texnologiyalar yetəri qədər məşhurlaşsalar, onlar böyük ölçülü aksessuarlardan imtina etməli olacaqlar. Bununla belə onlar əvvəlki funksionallıqlarını saxlamalı olacaqlar. Buna görə də Facebook şirkəti Tasbi adlı qolbağı anons edib. Onun vasitəsilə istifadəçilər gələcəkdə VR texnologiyalar üçün lazım olan xüsusi əlcəkləri unudacaqlar. Bu barədə Engadget saytına istinadən Gagadget saytı xəbər verib. Bu perspektivli cihaz insan biləyinə taxılan bir neçə qolbaqdan ibarətdir.

        Həmin qolbaqlar istifadəçinin virtual reallıqda hərəkətlərindən asılı olaraq sıxıla və vibrasiya verə bilərlər. Təəssüflər olsun ki, Tasbi adlı bu cihaz hələki istifadəçinin əl və barmaq hərəkətlərini təyin etməyi bacarmır. Bunun üçün cihaz computer vision texnologiyasını özündə birləşdirən xüsusi proqram təminatı ilə VR cihazın kameralarından istifadə etməyi təklif edir. Lakin tərtibatçılar bu problemdən digər bir çıxış yolunu da görürlər. Belə ki, insan bədəninin hissələrinin hərəkətlərini xüsusi elektrik sinqal vasitəsilə də təyin etmək olar. Facebook bu cür texnologiyanı hələ bu ilin əvvəlində patentləşdirmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər