main-post-cover

    Facebook şirkəti yeniyetmələr üçün olan LOL adlı sosial şəbəkənin yaradılmasından imtina etdi

    Elm & Texnologiya
    08.02.2019
    Farid Pardashunas
        Facebook şirkəti yeniyetmələr üçün nəzərdə tutulmuş və özündə internet memləri ilə videoları birləşdirən LOL adlı sosial şəbəkənin istifadəyə verilməsi ideyasından imtina etdi. Bu barədə Recode saytı xəbər verib. Beləliklə bu sosial şəbəkə üzərində çalışmış yüzdən çox əməkdaş şirkətin digər layihələrinə yönləndiriləcəklər. Məlumata əsasən onlardan bir hissəi Messenger Kids tətbiqi üzərində çalışacaq.
        Qeyd etmək lazımdır ki, bu tətbiq 13 yaşından aşağı şəxslərijn öz aralarında ünsiyyət qurmaları üçün nəzərdə tutulub. Məlumatda qeyd edilib ki, LOL adlı sosial şəbəkənin beta test dövründə onun 100-ə yaxın istifadəçisi olub. Qeyd etmək lazımdır ki, son illərdə Facebook şirkəti öz yeniyetmə istifadəçilərini itirməkdədir. Cavan istifadəçi kütləsini əldə saxlamaq üçün Facebook şirkəti 2016-cı ildə çoxlu sayda əməkdaşdan ibarət xüsusi qrup yaratdı. Həmin qrupun əsas məqsədi isə yeniyetmə istifadəçi kütləsi üçün müxtəlif məhsulların hazırlanmasıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər